Sizin Reklam Burada

Şuranın dəstəyilə Zaqatala rayonunda 100 ailəyə yardım qutuları paylanıb

Şuranın dəstəyilə Zaqatala rayonunda 100 ailəyə yardım qutuları paylanıb "İnnovativ İdeya və Təşəbbüslər" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı ilə “Birləşək və paylaşaq” layihəsinin icrasını yekunlaşdırıb.

Layihə çərçivəsində Zaqatala rayonunda əhalinin həssas təbəqəsindən olan insanlarımıza (aztəminatlı ailələrə və tənha yaşlılara, günəmuzd çalışanlara, əliliyi olanlara) ərzaq yardımları və əhalinin koronavirus haqqında məlumatlanmasını təmin edən maarifləndirici bukletlər paylanılıb.

Yardım qutuları Zaqatala rayonunun Muxax, Mamrux, Kəpənəkçi, Yengiyan, Dağlı, Yuxarı Tala, Aşağı Tala, Çobankol, Muğanlı, Qımır, Cimcimax, Gözbarax kəndlərində yaşayan 100 ailəyə təqdim edilib.
Şuranın dəstəyilə Zaqatala rayonunda 100 ailəyə yardım qutuları paylanıb
Şuranın dəstəyilə Zaqatala rayonunda 100 ailəyə yardım qutuları paylanıb
Şuranın dəstəyilə Zaqatala rayonunda 100 ailəyə yardım qutuları paylanıb

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər