Sizin Reklam Burada

"Milli və dövlətçilik maraqların qorunması istiqamətində QHT-lərin rolu danılmazdır"

"Milli və dövlətçilik maraqların qorunması istiqamətində QHT-lərin rolu danılmazdır""Son vaxtlar QHT-lərlə hakimiyyət arasında silsilə görüşlərin keçirilməsi xarici maraqlı dairələrdən qidalanan sapı özümüzdən olan baltaları ciddi narahat edir. Bu baxımdandan da ayrı-ayrı QHT təmsilçiləri, hakimiyyət nümayəndələri xaricdəki “söyüş müxalifət” fəalları tərəfindən təhqir olunur, ittihamlara məruz qalırlar".

Bunu Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri Cavid Şahverdiyev “Səs” qəzetinə açıqlamasında deyib.

İctimai Birliyin sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin QHT rəhbərləri ilə görüşlər keçirməsi ictimai sektorun fəaliyyətinin müasir dövrün çağırışlarına uyğun şəkildə qurulması üçün yeni yanaşmaların müəyyən edilməsi baxımından xüsusi önəm daşıyır: “Həmin görüşlərin birində H.Hacıyev bu dialoqun Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin, ictimai nəzarətin daha da gücləndirilməsi, dövlət qurumlarının fəaliyyətində şəffaflıq və hesabatlığın artırılması, insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması ilə bağlı siyasi iradəsinin növbəti təzahürü olduğunu bildirib”.

C.Şahverdiyev bildirib ki, bu kimi görüşlər QHT-hökumət münasibətlərində yeni keyfiyyət mərhələsinin başlanğıcı olacaq və QHT sektoru üçün prioritet olan məsələlərin həllinə təkan verəcək: “Hikmət Hacıyevin QHT-hökumət dialoqu çərçivəsində insan hüquqları, araşdırma və tədqiqat sahəsində fəaliyyət göstərən 68 QHT-nin rəhbəri ilə keçirdiyi görüşdə mən də iştirak etdim. Bir daha əmin oldum ki, hakimiyyət QHT sektorunun fəaliyyətinə böyük önəm verir. Həmin görüşlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev QHT sədrlərinə geniş imkan və vaxt verdi ki, öz təklif və fikirlərini bildirsinlər. Toplantıda iştirak edən hər bir QHT rəhbəri öz təkliflərini vaxt azlığını nəzərə alaraq yazılı və birbaşa səsləndirdi və A.Quliyev bütün təklif və tövsiyələrə baxılıacağını bildirdi. Bu Azərbaycanda vətəndaş cəmiyyətlərinin fəaliyyətinə ədalətli, demokratik yanaşmanın bariz nümunəsidir. Onu da qeyd edim ki, vətəndaş cəmiyyəti institutlarının inkişafında, formalaşmasında, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində dövlətin rolu mühümdür. Dövlətimiz bu istiqamətdə bütün imkanlardan istifadə edib. Elə bundan irəli gəlib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevin yaratdığı geniş imkanlar və dəstəyi ilə çərçivəsində ölkəmizdə QHT-lər demokratik quruluşun dəstəklənməsi və dünyəvi dövlətin qurulması, хalqın iradəsinin ifadəsi kimi qanunların aliliyinin, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi istiqamətində fəallıqlarını artırıblar”.

Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyinin sədri onu da bildirib ki, bu gün hakimiyyət müxtəlif sahələrdə uğurlu formada islahatlar aparır, ölkədə yeni siyasi konfiqurasiya formalaşır: “Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən son vaxtlar xüsusi olaraq ictimai nəzarətin artırılması və dövlət qurumlarının QHT-lərlə əməkdaşlığı genişləndirməsi ilə bağlı tövsiyə və çağırışları var. Artıq bu gün vətəndaşların dövlətin işinə ictimai nəzarət həyata keçirməsi üçün imkanlar yaradılır. Dövlətimiz vətəndaş cəmiyyəti institutlarının inkişafında, formalaşmasında, əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsində mühüm addımlar atıb. Vətəndaş cəmiyyəti institutlarının normal fəaliyyətini təmin etməyə yardım etmək, dövlətlə QHT-ın əməkdaşlığını genişləndirmək, ictimai nəzarətdə QHT-lərin rolunu artırmaq dövlətimizin əsas prioritet istiqamətlərindəndir. Belə görüşlər QHT-lərin fəaliyyətini artırmaqla yanaşı, qarşımızda bir məsuliyyət qoyub.

Hakimiyyət-QHT dialoqu QHT sektorunun inkişafında ikinci addımdır. İlk addım Azərbaycan Respublikasının Prezidenti tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması olub. Şura QHT-lərin əməkdaşlığı üçün yeni imkanlar yaradıb. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi naminə QHT-lərin inkişafına dövlət dəstəyini nəzərdə tutan çox mühüm bir addım oldu. Hakimiyyətin QHT rəhbərləri ilə dialoqa girməsini isə yeni dövrün başlanğıcı kimi qiymətləndirmək olar”.

C.Şahverdiyev Azərbaycanda vətəndaş cəmiyyəti instutlarının sərbəst və fəal fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib. Qeyd edib ki, müasir dövrdə qeyri-hökumət təşkilatları artıq vətəndaş cəmiyyəti quruculuğu və ölkənin demokratikləşməsi prosesinin vacib institutlarından birinə çevrilib: “Milli və dövlətçilik maraqların qorunması istiqamətində QHT-lərin rolu danılmazdır. Bu isə xaricdəki söyüş müxalifətinin əndişələnməsinə səbəb olub. Açığını deyim ki, QHT sektoru böyük gücə malikdir. Ölkədə 4 mindən çox QHT var. Avropadakı söyüş müxalifətini narahat edən məqamlardan biri də, bu gücün Azərbaycan hakimiyyətinə çevrilmədiyi, dövlətçilik maraqlarını hər şeydən üstün tutmasıdır. Ona görə də radikallar QHT sektorunu da gözdən salmağa cəhdlər edirlər. Səbəb onların ifşa edilməsidir. Avropada sığınacaq tapıb Azərbaycan hakimiyyətinə, xalqa və millətə “dərs” keçmək istəyənlər QHT sektoru tərəfindən həmişə faktlarla, dəlillərlə cavab alıblar. Avropadakı söyüş müxalifəti tətəfindən QHT sektorunun hədəfə alınmasının ikinci səbəbi isə millətinə, dövlətinə, xalqına xidmət edən sektorun Avropa donorlarının əlinə baxmamasıdır.
Avropadakı söyüş müxalifətinin gözü Avropadakı erməni və ermənipərəst donor təşkilatlarının cibindədir. Onlar Avropadan asılıdırlar, onların sifarişini yerinə yetirirlər. O sifariş ki, Azərbaycanın dövlət və dövlətçiliyinə bir təhdid, təhlükədir. Bununla fəxr edib, hakimiyyətlə dialoqa gedən QHT-ləri təhdid edirlər. Bu sifarişdir, pullu sifariş. Bəli, biz də qrant alırıq, lakin dövlətimiz tərəfindən. Aldığımız qrantlar çərçivəsində bütün sahələrdə ölkədə maarifləndirici layihələr həyata keçiririk. Bizim bir amalımız var – dövlətə, xalqa, millətə xidmət etmək. Söyüş müxalifətinin amalı isə Avropadakı ayrı-ayrı şəxslərə xidmət edib, Azərbaycanda demokratikləşməyə, inkişafa kölgə salmaqdır. Amma bu istəyə heç vaxt çata bilməyəcəklər.

Ona görə ki, qarşılarında güclü Azərbaycan və onu qoruyan, sevən bir cəmiyyət, xalq var. Bu cəmiyyətin içində də böyük gücə malik QHT sektoru yer alıb. Bu gün QHT sektorunun fəaliyyəti dövlətə xidmət etmək, bütün sahələrdə aparılan islahatlara dəstək olmaqla yanaşı, anti-Azərbaycan qüvvələrlə mübarizədir. Ölkəsini, xalqının, millətinin gələcəyini, təhlükəsizliyini düşünən hər bir vətənpərvərin istəyi, fəaliyyəti məhz bu yönə istiqamətlənməlidir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər