Sizin Reklam Burada

Hamınıza uğurlar arzulayıram - Məktəb direktoru

Hamınıza uğurlar arzulayıram - Məktəb direktoruRəşad Rəhmanov
Siyəzən rayon, M.Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru

Əziz müəllimlər, əziz şagirdlər, əziz təhsil işçiləri, sizləri bilik günü münasibəti ilə təbrik edirəm.

Yeni təhsil ilində hamınıza uğurlar, müvəffəqiyyətlər arzulayıram.

Tələbə adını qazanan məzunlarımızı ürəkdən təbrik edir, uğurlar arzulayıram.

Tarixin ciddi sınaqları ilə bütün dünyanın qarşı-qarşıya qaldığı bir zamanda təhsil sahəsi də böyük çətinliklər, sınaqlar qarşısında qaldı, amma bu nə təhsilimizə, nə uğur əldə etməyimizə mane ola bildi. Hər zaman çətinliklər yeni üfüqlərə, yeniliklərə yol açır. Biz də təhsil işçiləri olaraq bu meyara əsaslandıq, dünya təhsil sistemindəki yeniliklərdən istifadə etməyə və uğurlar əldə etməyə çalışdıq və nail olduq.

Ulu öndərimiz Heydər Əliyev müəllim peşəsinə yüksək qiymət verərək demişdir: "MÜƏLLİMİN VƏZİFƏSİ ONA GÖRƏ ŞƏRƏFLİDİR Kİe, O CƏMİYYƏT ÜÇÜN ƏN DƏYƏRLİ , BİLİKLİ, ZƏKALI, TƏRBİYƏLİ VƏTƏNDAŞLAR HAZIRLAYIR. GƏLƏCƏK, BİLİKLİ, ELMLİ İNSANLARIN ÇİYİNLƏRİ ÜSTÜNDƏ QURULACAQDIR."

Müəllim peşəsi şərəfli olduğu qədər, eyni zamanda mürəkkəb və məsuliyyətlidir. Böyük hörmət, nüfuz sahibi olan müəllimə bütün zamanlarda ehtiram olmuşdur. Müəllim adı həmişə yüksəkdə olmuş, hörmət, izzət sahibi olmuş ziyalılarımıza müəllim - deyə müraciət etmişik. Müəllimlərimizi zaman keçsə də həmişə yadda saxlamağa, xoş sözlərini,məsləhətlərini unutmamağa çalışmışıq.
Müasir dövrdə Azərbaycan Respublikasının təhsil sisteminin beynəlxalq təhsil sisteminə inteqrasiyası üçün böyük dəyişiklər, uğurlar əldə etmişik. Cəmiyyətin inkişafı üçün mütərəqqi dünyagörüşlü, açıq fikirli və tolerant şəxsiyyətlər yetişdirilməlidir. Qarşıya qoyulmuş bu məqsədə nail olmaq üçün ilk növbədə Azərbaycan müəllimi özü keyfiyyətcə dəyişməli, qoyulan tələblərə tələblərə cavab verən şəxsiyyət kimi formalaşmalıdır.

Müəllimlər yeganə peşə sahibidirlər ki, zamanın, cəmiyyətin inkişafı ilə paralel olaraq dəyişir və mühitə uyğunlaşırlar. Bir sözlə, zamanın nəbzini tuturlar. Gələcəyə atılan addımlar müəllimin yetişdirdiyi nəslin inkişafından asılıdır. Sağlam cəmiyyətin formalaşması ailədən çox müəllimin çiyinlərinə düşür. Müəllim şagirdlər üçün mayak rolunu oynayır.

"MƏN DÜNYADA MÜƏLLİMDƏN YÜKSƏK AD TANIMIRAM" deyən ulu öndər Heydər Əliyevin bu fikri məhz bu cür müəllimlərə aiddir.

Müasir müəllim şagirdin potensial imkanlarını nəzərə almaqla onu istiqamətləndirməyi bacarmalı, yaradıcı olmalı, daim peşəkarlığını yüksəltməli, öz üzərində işləməli, inkişaf etməli, davranışı ilə seçilməli, qabaqcıl müəllimlərlə təcrübə mübadiləsi aparmalıdır, uşağa,valideynə psixoloq kimi yanaşmalı, onlarla əməkdaşlıq etməlidir.

Hazırda ölkəmizdə təhsilin informasiyalaşdırılması sahəsində əhəmiyyətli addımlar atılır, elektron məktəblər yaranır, distant təhsil ön plana çıxır. Dövlətimiz bu gün müəlliminəməyini yüksək qiymətləndirir, onu daim diqqət mərkəzində saxlayır. Yeniləşən məktəblər, yeni texnologiyalar buna bariz nümunədir. Dövlətimiz təhsilin inkişafina geniş imkanlar yaradır. Bu gün hər bir müəllim üzərinə düşən məsulliyyəti dərindən dərk edir. Təhsilə hər il qayğı göstərən, yeniliklər yolunda daim təhsilimi inkişaf etdirməyə çalışan möhtərəm prezidentimiz İlham Əliyev belə söyləmişdir. "TƏBİİ SƏRVƏTLƏR TÜKƏNƏN DƏYƏRLƏRDİR, ANCAQ TƏHSİl, ELM, BİLİK ƏBƏDİ, HƏR BİR ÖLKƏNİN GÜCLƏNDİRİLMƏSİNƏ TÖHFƏ VERƏN AMİLDİR"

Biz M.Müşfiq adına 2 saylı tam orta məktəb olaraq hörmətli prezidentimizə məktəbimizin, daha geniş, daha müasir imkanlara sahib olacaq bir şəkildə yenidən inşa etdirilməsi yolunda atdığı addımlara görə təşəkkürümüzü bildiririk, səbirsizliklə yeni məktəbimizə qovuşacağımız günü gözləyirik.

Həm pandemiyanın yaratmış olduğu çətinliklər, həm bizə qucaq açan 6 saylı məktəbdə təhsilimizi davam etdirmək zərurəti bizi daha da məsulliyyətli edir. Biz yeni təhsil ilində yeni çətinliklər qarşısında qalmağımıza rəğmən əlimizdən gələni əsirgəməyəcəyik. Bütün bunlar, bu sınaqlar bizi daha da qüvvətləndirir,mübarizə əzmimizi daha da artırır.

Bir daha bütün təhsil işçilərini, doğma kollektivimiz, ən əsas birincilərimizi təbrik edirəm, yeni uğurlara imza atmaq diləyi ilə hamınıza uğurlar arzulayıram.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər