Sizin Reklam Burada

Sumqayıtda Türkiyə bayrağı davası - Video

Sumqayıtda Türkiyə bayrağı davası - VideoSumqayıt şəhərində şəhid guşəsində Azərbaycan və Türkiyə bayraqlarının Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən endirilməsi barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bunu Axar.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin sözçüsü Eyvaz Qocayev ötən gün adıçəkilən şəhərdə baş verən bayraq insidenti ilə bağlı danışarkən deyib. Meriya sözçüsü onu da əlavə edib ki, şəhər icra hakimiyyəti tərəfindən belə bir tapşırıq verilməyib:

“Videoda əks olunan görüntünün araşdırılması zamanı məlum olub ki, ərazidə yaşayan vətəndaş tərəfindən bayrağın səliqəyə salınması istəyini başqa bir vətəndaş yanlış anlayıb və buna etirazını bildirib”.

Eyvaz Qocayevin sözlərinə görə, bu gün də həmin guşə və bayraqlar yerindədir:

“Azərbaycan bayrağı hər birimizin qürur, fəxarət mənbəyidir. O cümlədən, qardaş Türkiyə bayrağı hər bir azərbaycanlı üçün eyni dəyəri ifadə edir”.

Qeyd edək ki, ötən gün Sumqayıtdakı şəhid guşəsində özünü təqdim etməyən şəxslərin Türkiyə bayrağına toxunması ətrafdakı sakinlərin ciddi etirazına və mübahisəyə səbəb olub.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər