Sizin Reklam Burada

Çox xoşbəxtəm ki, məhz Sizin rəhbərliyiniz altında xalqımıza xidmət edirəm! - Sadiq Qurbanov

Çox xoşbəxtəm ki, məhz Sizin rəhbərliyiniz altında xalqımıza xidmət edirəm! - Sadiq QurbanovMöhtərəm, cənab Prezident!

Ulu öndər Heydər Əliyevin siyasi varisi və layiqli davamçısı kimi Siz Azərbaycanımızın bütün sahələrdə inkişafına hər zaman xüsusi diqqət və qayğı göstərirsiniz. Danılmaz həqiqətdir ki, dünyanın qibtə etdiyi əmin-amanlıq və sabitliyimizin mövcudluğu, xalqımızın Sizə olan sevgi və etimadına dayanaraq, qətiyyətlə həyata keçirdiyiniz uğurlu siyasətin nəticəsidir. Apardığınız uğurlu iqtisadi siyasət nəticəsində bu gün Azərbaycan təkcə regionda deyil, dünya miqyasında lider dövlətə, Avropanın mədəniyyət mərkəzinə çevrilmişdir.

Bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov sosial səhifəsində yazıb.

Komitə sədri bildirib ki, xalqımızın yaxşı yadındadır, hələ ilk dəfə Prezident seçilərkən hər bir azərbaycanlının prezidenti olacağınızı bildirdiniz və bu inamlı prosesi real işlərlə, ardıcıl sosial yönümlü siyasət yürütməklə, ölkə vətəndaşlarının xoş güzəranı uğrunda yorulmaz fəaliyyətinizi hələ də davam etdirirsiniz. Həmçinin, pandemiya ilə əlaqədar Sizin önləyici tədbirləriniz və verdiyiniz göstərişlərin müsbət nəticələri göz qabağındadır:

"02.09.2020 -ci il tarixində Ağsu, Şamaxı, Şabran və Yevlax rayonlarının əhalisi 42678 nəfər olan 16 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə içməli suya tələbatının ödənilməsi üçün 17 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə 1,19 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılması ilə əlaqədar verdiyiniz sərəncam bütün yerli sakinlərin sevincinə səbəb oldu. Mən də bir millət vəkili olaraq öz adımdan təmsil etdiyim Şabran və Siyəzən rayonu sakinləri adından Sizə dərin minnətdarlığımı bildirirəm!

Və çox xoşbəxtəm ki, məhz Sizin rəhbərliyiniz altında xalqımıza xidmət edirəm!".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər