Sizin Reklam Burada

Qüdrət Həsənquliyev Tofiq Yaqublunun əfvi üçün Prezidentə müraciət etdi

Qüdrət Həsənquliyev Tofiq Yaqublunun əfvi üçün Prezidentə müraciət etdiTofiq Yaqublu siyasi məsələlər barədə nə qədər çox və nə qədər sərt danışsa da, cəmiyyət onu siyasətçidən daha çox döyüşçü kimi tanıyır və ona olan müəyyən hörmət də daha çox torpaqlarımız uğrunda döyüşüb yaralanmasına görədir.

Avrasiya.net xəbər verir ki, bunu maderator.az-a BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev Tofiq Yaqublu barəsində məhkəmə hökmünün çıxarılmasına münasibət bildirərkən deyib.

Qeyd edib ki, bəzi siyasi dələduzlar Tofiq Yaqublunun döyüşçü xarekterindən sui-istifadə edib, bu ailənin iztirabları üzərində alçaqcasına siyasət qururlar: "Özlərinin həbs olunacağına kiçicik təhlükə yarandığını hiss edən kimi siyasətdən, partiya sədrliyindən imtina etməyə hazır olduqlarını bəyan edənlər Tofiq Yaqublunu daha təmkinli olmağa çağırmaq əvəzinə hər zaman qızışdırdılar ki, Tofiq bəy çox cəsurdur, dönməzdir, həbsdən qorxmur və s. Həbsdən öncə onun gərginlik keçirdiyi açıq hiss olunurdu. Özünün yersiz radikallığını və üzə düşdüyünü başa düşsə də xarakteri və ətrafı ona geri çəkilməyə imkan vermirdi. Bu, onun əsəblərinə də təsir edirdi və o bir çox hallarda sübut edə bilməyəcəyi əsassız ittihamlara və təhqirlərə yol verir, qırmızı xətti keçirdi".

BAXCP sədri hesab edir ki, Tofiq Yaqublunun başına gələnlərdən gənc siyasətçilər və onu hər gün efirə çağırıb radikallığa təhrik etməklə bu həddə gətirib çıxarmış vicdansızlar da nəticə çıxarmalıdırlar: "Rəhmətlik Elçibəydən soruşulanda ki, niyə onun demokratik cəmiyyət qurmaq istiqamətindəki fəaliyyəti uğursuzluğa düçür oldu, deyərdi ki, elə məsələlər var ki, onun həlli zamana bağlıdır. Kimsə hakimiyyətə gəlmək üçün tələsirsə, yaxud tapşırıq yerinə yetirirsə, buna görə başqalarının həyatını təhlükə altına atmamalıdır".

Həsənquliyev Tofiq Yaqublunun əfv olunması üçün Prezidentə müraciət etdiyini bildirib: "Azərbaycan Respublikasının Prezidentinə müraciət edirəm ki, Tofiq Yaqublunun ailəsinin çox acılar yaşamasını və onun torpaqlarımız uğrunda döyüşüb yaralanmasını, ibtidai və məhkəmə istintaqı zamanı həbsdə olmasını nəzərə alıb, humanistlik nümayiş etdirərək Tofiq Yaqublunu əfv edib, cəzasının çəkilməmiş hissəsinin şərti tətbiq olunması barədə qərar qəbul olunsun. Güclülərin və böyüklərin bağışlamağı bacarması hər zaman, bütün dövrlərdə ictimaiyyət tərəfindən təqdir olunub. Düşünürəm Prezidentin belə qərarı olarsa xalqımız da bunu alqışlayardı".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər