Sizin Reklam Burada

Elektron – elmin yaranma tarixi:pandemiya dövründə e- elm

Elektron – elmin yaranma tarixi:pandemiya dövründə e- elmKönül Şəkiyeva
[email protected]


Məlum olduğu kimi, yaşadığımız dövr texnologiya dövrüdür. Bu əsrdə insanların bir- biri ilə ünsiyyəti,biznesin idarə edilməsi, dövlət idarəçiliyi əksər hallarda online şəkildə həyata keçirilir. İKT-nin cəmiyyətin müxtəlif sahələrinə sürətlə tətbiqi insanlar arasında münasibətlərin xarakterini, biznes prinsiplərini və dövlət idarəçiliyini dəyişir. Virtual cəmiyyətlər formalaşır, yeni informasiya münasibətləri yaradılır, müəyyən informasiya maraqları üzrə istifadəçilərin qruplaşması baş verir. İC quruculuğuna xas olan bu proseslər eyni zamanda elmi aləm və cəmiyyətdə e-dövlət, e-hökumət, e-təhsil, e-tibb, e-elmlə yanaşı vətəndaşların ictimai iştirakı ilə xarakterizə olunan vətəndaş cəmiyyəti, vətəndaş jurnalistikası, vətəndaş elmi, vətəndaş-alim və e-vətəndaş elmi kimi yeni-yeni terminləri meydana gətirir. Sosial şəbəkə, bloq və viki saytlar kimi sosial əməkdaşlıq texnologiyaları oxşar təcrübə və maraqları olan insanlar arasında qarşılıqlı münasibətləri asanlaşdıran Facebook, Twitter, LinkedIn, MySpace və Vikipediya kimi çoxsaylı online icmaların yaranmasına səbəb olmuşdur.

İC anlayışına elmi ədəbiyyatda hələ XX əsrin 40-cı illərində rast gəlinir. Ancaq onun postsənaye cəmiyyəti ilə eyniləşdirilməsi isə XX əsrin 70-ci illərinin ikinci yarısında Amerika sosioloqu, Harvard Universitetinin professoru Daniel Bell tərəfindən verilmişdir. O, təklif etmişdir ki, “sənayeyəqədərsənaye-postsənaye cəmiyyəti”-nin sonuncu pilləsində işçi qüvvələrin bir hissəsi sənayeni tərk edir və əsasən informasiyanın toplanması, emalı və ötürülməsi kimi xidmət sahələrinə keçir.Müasir İKT bütün ictimai münasibətləri əhəmiyyətli dərəcədə dəyişdirmiş və yeni cəmiyyətin – İC-nin meydana gəlməsinə səbəb olmuşdur.
İC quruculuğunun əsas sahələrindən biri də e-elmdir. E-elmin infrastrukturunun əsasını kommunikasiya, informasiya və hesablama resursları kimi üç komponentin əlaqələndirilmiş və balanslaşdırılmış inkişafı təşkil edir.
Hazırda İC-nin əsasının qoyulduğu bir dövrdə UNESCO e-təhsil və e-elm sahəsində mühüm və məsuliyyətli bir missiyanı yerinə yetirir. Onun İC- nin formalaşdırılmasında əhəmiyyətli rolu “biliklər cəmiyyəti” konsepsiyasını işləməsi və bunun əsasında fikrin azad ifadəsi, hamı üçün keyfiyyətli təhsil; biliklərə və informasiyalara universal əlyetərlik və nəhayət, mədəniyyət və dil müxtəlifliyinə hörmət kimi dörd prinsipin əhəmiyyətini qeyd etməsidir.
Dövrlər üzrə bölgüdən asılı olmayaraq, elm ənənəvi olaraq iki qola ayrılır: nəzəri və eksperimental. Bu gün isə kompüter modelləşməsinə əsaslanan üçüncü qol meydana çıxmışdır.

Belə ki, İKT-nin geniş tətbiqi ilə cəmiyyətdə yeni bir mühit formalaşmaqdadır. Belə bir mühitin formalaşmasında İnternetin xüsusi rolu vardır. Beləliklə,elmin üçüncü qolu elektron- elm adlanır.Elektron elm - elmi məsələlərin həlli ilə məşğul olan və lazımi informasiya kommunikasiya infrastrukturuna malik, yüksək sürətli İnternet şəbəkəsi ilə elmi-texniki informasiya və hesablama resurslarına çıxışı olan elmi müəssisə və təşkilatların birgə fəaliyyətini nəzərdə tutan konsepsiyadır.

E-elmin əsasını telekommunikasiya, informasiya və hesablama resursları kimi üç əsas komponent təşkil edir. Əlaqələndirilmiş və tənzimlənən bu komponentlər birlikdə elə bir elektron infrastruktur formalaşdırır ki, nəticədə tədqiqat işinin xarakteri tamam dəyişir. Həmin infrastruktur, alimlərə onlayn rejimdə texniki resurslardan birlikdə və əlaqəli şəkildə istifadə etmək imkanı verir, hesablama resursları və verilənlər arxivi kimi əsas tədqiqat alətlərindən istifadəsini sadələşdirir.
Beləliklə, elektron –elmin aşağıdakı xüsusiyyətləri var:
elmi fəaliyyət qloballaşır, əldə olunmuş məlumatlar bölüşdürülür;
ənənəvi elmi nəşrlərin yerini e-nəşrlər, veb-saytlar tutmağa başlayır;
elektron elmi kitabxanalar şəbəkəsi yaradılır;
müxtəlif bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır.

Dünya təcrübəsindən də məlumdur ki, e-elmin məqsədi respublikanın elmi qurumlarında İKT-nın geniş tətbiq edilməsi, vahid milli onlayn infrastrukturun, elmi informasiya fəzasının formalaşdırılması və bununla da elmi təşkilat, kollektiv və alimlərin qarşılıqlı sıx əlaqəsinə, elmi idarəçiliyin və tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsinə, elmin bütün sahələrinin müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsinə və dünya elmi məkanına inteqrasiyasına nail olmaqdır. Milli “e-elm” konsepsiyası mövcud elmi mühitin İC-nın tələblərinə uyğun yenidən qurulması və İKT- nin həmin mühitə tətbiqi kimi iki əsas fundamental məsələnin həllinə əsaslanır. Bu məqsədlə dünya təcrübəsinin öyrənilməsi, elmi fəaliyyətdə İKT-nin tətbiqi vəziyyətinin monitorinqinin aparılması, “e-elm”in idarə olunması və informasiya təhlükəsizliyinin təmin edilməsi məsələlərinin tədqiqi, elmi-nəzəri əsaslarının işlənilməsi və praktiki reallaşdırılması kimi kompleks məsələlərin ardıcıl həlli nəzərdə tutulur.

“E-elm” termini ilk dəfə 1999-cu ildə Birləşmiş Krallığın elmi şuralarının baş direktoru Con Teylor tərəfindən verilmiş və özündə kompüter modelləşdirilməsi və virtual eksperimental mühitlərin təşkili də daxil olmaqla kollektiv eksperimental elmi tədqiqatların aparılmasının yeni metodlarını əhatə edir. 2000-ci ildə Birləşmiş Krallıqda elan edilmiş “e-elm” proqramı bu yeniliyin yayılmasında əhəmiyyətli dərəcədə rol oynamışdır.

Edinburq Universitetinin e-elm sahəsində professoru Malkolm Atkinsona görə e-elmin məqsədi elmi əməkdaşlığın inkişafını qabaqcıl paylanmış hesablamalar nəticəsində alınan və təhlil olunan zəngin informasiya resursları ilə dəstəkləməklə bütün fənlər üzrə daha yaxşı tədqiqat imkanları yaratmaqdır. Araşdırmalar göstərir ki, “e-elm”in inkişaf tarixi çox uzaqlardan başlanmışdır və ilk şəbəkə texnologiyalarının yaranması ilə sıx bağlıdır. Belə ki, XX əsrin ortalarında ABŞ-ın Perspektiv Tədqiqat Layihələri Agentliyinın (Advanced Research Projects Agency) ARPANET layihəsinin əsas məqsədlərindən biri tədqiqat müəssisələrinin bir-birilə əlaqələndirilməsi olmuşdur.
E-elm geniş və sonsuz imkanlara malikdir. Onun elm sahələrinə tətbiqi ilə bilik sahələri üzrə xüsusi onlayn mühitlər formalaşır və beləliklə də, e-tibb, e-coğrafiya, e-kimya, e-tarix, e-astronomiya, və s. yaranır:

ELMİ FƏNN + İNFORMATİKA = E-ELMİ FƏNN:
Tibb+ İnformatika = E-Tibb (Tibbi informatika);
Coğrafiya+ İnformatika = E-Coğrafiya;
Kimya + İnformatika = Kimyəvi informatika;
Tarix + İnformatika = E-Tarix;
Geologiya + İnformatika = Geoinformatika;
Dilçilik + İnformatika = Linqvistik informatika;
Biologiya + İnformatika = Bioinformatika və s.

Tibbi müayinələr, müalicələr, əməliyyatlar vaxtı toplanan məlumatların axtarışı getdikcə mürəkkəbləşir və əksər hallarda onların itirilməsi ilə nəticələnir. Bütün bunlar isə qərarların operativ qəbuluna, tibb elminin inkişafına mənfi təsir edir, səhv diaqnozlara, insanların ömrünün azalmasına, ölüm faizinin artmasına və s. səbəb olur. E-tibb isə e-sağlamlıq kartının yaradılması, sensor şəbəkələrindən istifadə etməklə tibbi diaqnostika və müalicə proseslərinin təkmilləşdirilməsi, loqfaylların psixoloji nöqteyinəzərdən təhlili, tibbi məlumatların toplanması, analizi və diaqnostikası, e-konsilium keçirmək, e-tibbi məsləhətlər vermək və s. kimi imkanlar yaradır.

İnsanların yaddaş və məlumatları emal etmək imkanları məhdud olduğuna görə məkan və zaman göstəricisində aparılan ənənəvi tarixi araşdırmalar mürəkkəbliyi ilə seçilir və böyük zəhmət tələb edir. Lakin e-tarixdə isə bütün məlumatlar kompüterin yaddaşına daxil edilir, məkan və zaman məhdudiyyətləri olmadan xüsusi araşdırma alqoritmləri ilə tarixi ziddiyyətlər, qeyri-dəqiq məlumatlar aşkarlanır, tarixi faktlar dəqiqləşdirilir, həqiqətlər üzə çıxarılır. Beləliklə, əgər ənənəvi tarix elmi keçmişdə qalmış həqiqətləri arxivlər, arxeoloji qazıntılar və s. vasitəsilə aşkara çıxarırsa, indi bu məlumatlar (audio, video, mətn, foto faylları şəklində) İnternetdə, kompüterdə asan yerləşdirilib emal olunursa, onda onun yerini e-tarix fənni əvəz edir.
Beləliklə, “e-elm”in əsas məqsədi elmin müasir tələblərə uyğun inkişaf etdirilməsi, elmin idarə edilməsinin təkmilləşdirilməsi, respublikanın elmi qurumlarında İKT-nın geniş tətbiq edilməsi, vahid milli elmi informasiya fəzasının formalaşdırılması, informasiya təhlükəsizliyinin təmin edilməsi və bununla da elmi qurumların və alimlərin qarşılıqlı sıx əlaqəsinə, elmi idarəçiliyin və tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsinə, elmin bütün sahələrinin müasir dünya standartları səviyyəsində inkişaf etdirilməsinə və dünya elmi məkanına inteqrasiyasına nail olmaqdır.

E- elmdən danışmışkən pandemiya dövründə e- elmin faydası ,tətbiqi haqda da danışmaq yerinə düşərdi. Məlum olduğu kimi, 2019-cu ilin dekabr ayının ortalarından Çində yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyi aşkar edildi. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi.Sonra bu xəstəliyin korona 2 və sars virusunun sintezi ilə yarandığı məlum oldu. Xəstəliyin yayılmaması üçün Çinin bir neçə şəhərləri karantinə alındı.Hətta ölkələr də Çinlə sərhədləri bağladı. Amma bunun da faydası olmadı xəstəlik tez zamanda bütün dünyaya yayıldı. Ölkələr karantin elan etmək məcburiyyətində qaldı.Nəticədə məktəblər,yəni bütün təhsil ocaqları,dövlət idarələri,özəl sektorlar ənənəvi formada işləmədi. İşləyənlər isə online şəkildə işlədi. Təhsil,elm sahəsində ilk yada düşən “virtual təhsil” və yaxud “virtual məktəb”, “online dərslər”,”elektron- elm”,”hibrid təhsil”, “distant təhsil” kimi terminlər oldu. Tələbə və şagirdlərə online şəkildə olmaqla dərslər davam etdirildi. Tədqiqat işi ilə məşğul olan alimlər isə online şəkildə tədqiqatlarına davam etdilər.Pandemiya dövründə “e- elmin” faydası daha çox hiss edildi. E- elm inkişaf etmiş ölkələrdə alimlər yüksək peşakarlıqla fəaliyyətlərinə davam etdilər. Amma çox təəssüf ki, inkişaf etməkdə olan ölkələrdə isə həm e- elmdə,həm də virtual təhsildə ciddi çatışmazlıqlar müşahidə edildi.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər