Mehdiyevin nəvəsinin toyuna gedən məşhurlar cəzalandı
Dərc olunub:
23-08-2020, 11:48
Prezident Adminisdtrasiyasının sabiq rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak edən tanınmışlar da cərimələnib.
Avrasiya.net xəbər verir ki, Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov, sabiq Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov, Filarmoniyanın direktoru Murad Adgözəlzadə xüsusi karantin qaydalarını pozduqlarına görə hər biri 400 manat məbləğində cəimə olunublar.
DİN mətbuat xidmətindən məlumat təsdiqlənib.