Sizin Reklam Burada

Rayonlara gediş-gəliş müzakirə olunur - Hacıyev

Rayonlara gediş-gəliş müzakirə olunur - HacıyevRayonlara gediş-gəliş müzakirə olunur.

Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Burada rayonlar və paytaxt daxilindəki epidemioloji vəziyyət diqqətdə saxlanılır. Qarşıdakı dövrdə bu məsələ ilə bağlı qərar qəbul olunacaq. Ezamiyələr ilə vətəndaşların rayonlara getməsi nəticəsində rayonlarda yoluxma statistikasında nisbətən artım müşahidə olunub", - o bildirib.

H.Hacıyev əlavə edib ki, pandemiya dövrü səbəbilə ölkəmizdə dini mərasimlərin keçirilməsi zamanı kütləviliyə yol verilməməsi üçün vətəndaşlardan qaydalara riayət etmələri xahiş olunur:

"Vətəndaşlarımızın bu qaydalara ciddi riayət edəcəklərini gözləyirik. İnsanların karantin qaydalarına riayət etmələri sayəsində biz bu nəticəyə nail olmuşuq. Qarşıdakı dövrdə də bu qaydalara əməl etməklə tendensiyanı əldə saxlayacağıq".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər