14 avq 21:25Sosial

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi

Süni tənəffüs aparatına qoşulan xəstələrin sayı 37-yə endi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 14-nə olan statistik göstəriciləri açıqlayıb.

Avrasiya.net xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 969 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 820 002 test aparılıb. İndiyədək 504 nəfər COVID-19-dan dünyasını dəyişib, 31 490 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 024 nəfərdir. Hazırda 197 nəfər reanimasiyada müalicə alır. 37 nəfər isə süni tənəffüs cihazına qoşulub.


Qeyd edək ki, bu gün Azərbaycanda 103 yoluxma, 221 sağalma faktı qeydə alınıb, 4 nəfər dünyasını dəyişib.
XƏBƏR LENTİ
25-09-2020, 13:56

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.