Sizin Reklam Burada

Baş nazir tapşırıq verdi - bu şəxslərin işləməyi qadağan edilsin!

Baş nazir tapşırıq verdi - bu şəxslərin işləməyi qadağan edilsin! Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib.

Avrasiya.net xəbər verir ki, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb:

1. İclasların, müşavirələrin və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin;

2. Mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılsın;

3. 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlər tətbiq edilsin;

4. İşçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilsin;

5. Xüsusi zərurət olduğu hallar istisna olmaqla, bütün ezamiyyətlər dayandırılsın. Ezamiyyətə xüsusi zərurət olduğu hallarda, razılıq alınması məqsədilə dövlət orqanlarının və qurumlarının rəhbərləri tərəfindən operativ qərargaha əsaslandırılmış rəsmi müraciət edilsin;

6. Əməkdaşların xarici ölkələrə rəsmi səfərləri dayandırılsın;

7. Vətəndaş qəbulu ilə əlaqədar aşağıdakı qaydalara riayət edilsin:

7.1 qəbul otağında vətəndaşların qrup və fərdi surətdə qəbulların təxirə salınsın;

7.2 yerlərdə səyyar qəbulların keçirilməsi dayandırılsın;

7.3 vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız elektron və və telefon rabitəsi vasitəsilə həyata keçirilsin, bu məqsədlə hər orqan və qurumda elektron və telefon əlaqə ünvanları və nömrələri müəyyən edilsin, habelə qaynar xətlərin fasiləsiz fəaliyyəti təmin edilsin;

7.4 vətəndaş müraciətlərinin yalnız elektron və telefon vasitəsilə qəbul edilməsi məqsədilə hər orqan və qurumda məsul əməkdaşlar müəyyən edilsin;

7.5 mümkün olduğu halda, vətəndaşlara səyyar xidmətlərin göstərilməsi təşkil edilsin;

7.6 göstərilən tədbirlər barədə vətəndaşların məlumatlandırılması təmin edilsin;

7.7. mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət qurumları vətəndaşların müraciətlərinə xüsusi həssaslıqla yanaşsınlar.

8. Əməkdaşlara sosial məsuliyyəti davranmaları, xüsusi zərurət olmadan digər şəxslərlə təmasda olmamaları və virusun yayılmasının qarşısının alınmasına dəstək olacaq hər cür ehtiyat tədbiri görmələri tapşırılsın.

9. Yuxarıda qeyd olunan müddəalar hüquqi mühafizə və hərbi xidmət orqanlarına, dövlət əhəmiyyətli və həyat təminatlı obyektlərə, fasiləsiz iş rejimində fəaliyyət göstərən müəssisələrə, səhiyyə və digər tibb müəssisələrinin işçilərinə şamil edilmir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər