Sizin Reklam Burada

Deputatın 300 min xərclədiyi universitet necə təhsil verir?

Deputatın 300 min xərclədiyi universitet necə təhsil verir?Dubayda Amerika Universiteti elmi-texniki tərəqqiləri ilə yox, daha çox orada təhsil alan tələbələrin lüks avtomobillərilə gündəmdə olub.

Bunu Axar.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, sözügedən universitetin illik təhsil haqqı 55 min dollara qədərdir:

“Varlı tələbələrə məxsus bahalı avtomobillər bu universitetin qarşısını lüks maşınlar sərgisinə çevirib. Birləşmiş Ərəb Əmirliklərində çox sayda ali təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlara lisenziyanı BƏƏ Ali Təhsil və Elmi Tədqiqat Nazirliyinin tabeliyində olan Akademik Akkreditasiya Komissiyası verir. Ali məktəblərin tədris proqramlarının akkreditasiyasını da bu qurum həyata keçirir.

Bu ölkənin vətəndaşları dövlət ali təhsil müəssisələrində pulsuz oxuya bilərlər.

Dubayda Amerika Universiteti məzunları daha çox özəl sektorda rəhbər vəzifələrdə çalışanlardır. Bu ali məktəb dünyanın reytinqli universitetləri arasında 3400-cü yerdən sonra gəlir. Azərbaycanda ondan daha reytinqli universitetlər var. Siyahıda ilk minliyə daxil olan universitetlər reytinqli sayılır. Bu universitetin tək üstünlüyü biznes sahəsi və tədrisin ingilis dilində olmasıdır. Hazırda bu universitetdə ixtisaslara görə təhsil haqqı 35.000-55.000 dollar arası dəyişir”.

Kamran Əsədov onu da bildirib ki, universitet özəl müəssisə olduğu üçün orada təhsil alan azərbaycanlıların sayı barədə məlumat vermir.

Ekspert, həmçinin sözügedən universitetdə aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirildiyini bildirib:

“Rabitə və informasiya tədqiqatları, bakalavr;

İnşaat mühəndisliyi elmləri üzrə bakalavr;

Kompüter mühəndisliyi elmləri üzrə bakalavr;

Elektrik mühəndisliyi elmləri üzrə bakalavr;

Mexanika mühəndisliyi elmləri üzrə bakalavr;

Vizual ünsiyyət üzrə bakalavr - rəqəmsal media)”.

Qeyd edək ki, millət vəkili Rüfət Quliyevin Dubayda Amerika Universitetində övladlarının təhsili üçün 300 min dollar xərcləməsi barədə məlumat yayılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər