10 avq 11:39Sosial

DTX-nın həbs etdiyi general azad edildi

DTX-nın həbs etdiyi general azad edildiVəzifə səlahiyyətlərindən istifadə edərək Xəzər dənizində balıq ovunun aparılmasına və dənizə balıq ovu ilə bağlı sərbəst çıxışlarına şərait yaradılması üçün bu fəaliyyətlə məşğul olan çoxsaylı Azərbaycan vətəndaşlarından müxtəlif məbləğlərdə pulu rüşvət qismində istəməklə alınmasına günahlandırılan Dövlət Sərhəd Xidmətinin rəis müavini, general-leytenant Əfqan Nağıyev ev dustaqlığına buraxılıb.

Avrasiya.net Musavat.com-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsi Ə.Nağıyev və onunla birlikdə həbs edilən şəxslər barəsində həbs qətimkan tədbiri seçmişdi.

Məhkəmə iki gün əvvəl generalı ev dustaqlığına buraxıb.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.