Sizin Reklam Burada

Koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir

Koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir "Avqustun 6-da Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin videoformatda ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətə dair keçirilən müşavirədə bir çox məqamlara toxunub və ən vacib məsələlərdən biri də ondan ibarət olub ki, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, qorunması istiqamətində dövlətimiz mühüm tədbirlər həyata keçirib. Beləki, Azərbaycanda təxminən 5 milyona yaxın insan geniş sosial paketlə əhatə olunub, eyni zamanda cənab Prezident bildirib ki, dövlət sektorunda çalışan 9 yüz min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, lakin buna baxmayaraq dövlət tərəfində məvaciblər ödənilir. 760 min insana lazımı maliyyə dəstəyi göstərilib və onların iş yerləri qorunub. Əks təqdirdə 760 min insanın işsizlik təhlükəsi olduğunu bildirən cənab Prezident həmçinin nəzərə çatdırıb ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşının sağlamlığını əsas götürərək həm onların sosial iqtisadi şəraitinin yaxşılaşdırılması, eyni zamanda qorunması və eləcə də insanların ilk növbədə sağlam qalması və xəstələnməməsi üçün zəruri bütün tədbirlər görüb".

Bunu SİA-ya açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, politoloq Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, dövlət Başçımız qeyd edib ki, həmin insanların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır: "Sahibkarlar və işə götürənlər hazırda gəlir götürmürlər ki, belə olan halda 100 minlərlə vətəndaş işsiz qala bilərdi. Yenə də dövlətimizin həyata keçirdiyi operativ tədbirlər nəticəsində dərhal bu məsələlərə müdaxilə edilib və əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənib. Cənab Prezident 600 min insana avqust ayında da 190 manat yardımın ödənilməsi barədə göstəriş verib. Prezident İlham Əliyev qeyd edib ki, onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilib. Azərbaycanın 13 rayon və şəhərində sərt karantin rejimi tətbiq edildiyini bildirən cənab Prezident bildirib ki, həmin rayonların da bu koteqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır ki, bununla bağlı da müvafiq göstərişlər verilib".

R.Qonaqov vurğulayıb ki, ölkəmizdə pandemiyanın ilk vaxtlarından etibarən koronavirusla mübarizə sahəsində görülən tədbirlər öz bəhrəsini verməkdədir: "Belə ki, son həftələr ərzində həyata keçirilən sərt karantin tədbirləri nəticəsində artıq virusa yoluxanların sayı azalmaqdadır. Əgər xəstəliyin azalma tempi davam edərsə və insanlarımız xəstəliklə mübarizədə bütün qoruyucu vasitələrdən istifadə edərsə, təbii ki, bu hal pandemiyanın ölkəmizdə sıfıra enməsinə gətirib çıxara bilər. Bu çox sevindirici haldır və bununla əlaqədar ölkə Prezidentinin atdığı addımlar, verdiyi tapşırıqlar icra olunur. Ona görə də, düşünürəm ki, avqust ayında karantin rejimində yumşalmalar müşahidə edəcəyik. Biz həm əhalinin sosial-iqtisadi vəziyyətinin qorunması, həm pandemiyanın aradan qaldırılması və həm də insanlarımızın sağlamlığının qorunması istiqamətində görülən tədbirlərin bəhrəsini görürük".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər