Sizin Reklam Burada

Nazirdən işsiz şəxslərə müjdə

Nazirdən işsiz şəxslərə müjdəDövlət başçısının tapşırığı ilə ödənişli ictimai iş yerlərinin sayı 90 minə çatdırılıb, özünüməşğulluq proqramı genişləndirilib. Bu il proqram çərçivəsində 12 min ailənin kiçik ailə təsərrüfatlarının yaradılması işləri aparılır.

Avrasiya.net xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq pandemiya dövründə məşğulluğa və sosial rifaha dəstək məqsədilə görülən tədbirlərə və qarşıda duran vəzifələrə dair keçirdiyi bugünkü mətbuat konfransında deyib.

"Dünya Bankı, BMT İnkişaf Proqramı, Heydər Əliyev Fondu, yerli banklar, habelə dövlət qurumlarından KOBİA, ABAD, Qida Təhlükəziliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi də bu proqramın genişləndirilməsi və dəstəklənməsi işlərinə cəlb edilib", - o bildirib.

Nazir işsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin də əhatə dairəsinin genişlənəcəyini bildirib:

"Həmin ödənişin təyinat şərtlərinin yumşaldılması üçün hazırlanmış qanun layihəsi artıq parlamentdə müzakirə olunur. Layihə qəbul edildikdə, bu, işsizlikdən sığorta ödənişi alanların sayının artırılmasına, cari il üçün həmin sayın artıq 20 minə çatdırılmasına imkan verəcək".

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər