06 avq 15:42Sosial

Hafiz Hacıyevin sürücülük hüququ məhdudlaşdırıldı

Hafiz Hacıyevin sürücülük hüququ məhdudlaşdırıldıMüasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib. Avrasiya.net Avtosfer.az-a istinadən xəbər verir ki, buna səbəb partiya sədrinin çoxsaylı ödənməmiş cərimələrinin olmasıdır. Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub.

Saytın yazdığına görə, bu gün polis əməkdaşları Hafiz Hacıyevin Azadlıq prospektində qayda pozuntusunun şahidi olublar. Belə ki, yol polisi əməkdaşları ona "saxla" işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər.

Məlum olub ki, partiya sədrinin sürücülük hüququ iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, hələ də avtomobil idarə edir.

XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.