05 avq 16:07Sosial

Səfir jurnalisti bağışladı

Səfir jurnalisti bağışladıÖtən gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova və onun oğlu Həbib Axundov haqqında həqiqətə uymayan məlumatlar yayan şəxslə bağlı qərar verilib.

Avrasiya.net xəbər verir ki, xanım səfirə qarşı kampaniya aparanlardan biri - 81 yaşlı Feyruz Haşimovun Bakının Binəqədi Rayon Məhkəməsinin qərarından verdiyi apellyasiya şikayəti təmin edilməyib.

Elmira Axundovanın maraqlarını təmsil edən vəkil Afət Qazıyeva bildirib ki, məhkəmə E.Axundovanın haqlı olduğunu tam təsdiqləsə də, xanım səfir məhkəmənin qərarı ilə F.Həşimovun ona ödəməli olduğu və böhtan nəticəsində vurduğu mənəvi ziyanın kompensasiyası olan 10 min manatı bağışlayıb.

Vəkil E.Axundovanın F.Həşimovun yaşını və məhkəmə çəkişmələrini öz istəyi ilə yox, üçüncü şəxslərin israrı ilə davam etdirməsini nəzərə alaraq, onu bağışladığını bildirib.

Buna baxmayaraq, F.Həşimov məhkəmənin tələbi olan yalanını təkzib etməkdən imtina edir.

Vəkilin sözlərinə görə, bu, hər vəchlə məhkəmə çəkişmələrini uzatmaq və F.Həşimovdan istifadə edərək, Axundovlar ailəsini ləkələmək cəhdlərini davam etdirmək niyyətində olan digər qüvvələrin onun arxasında dayandığını bir daha göstərir.

Qeyd edək ki, Fərman Məmmədov və digər bir qrup şəxsin də E.Axundovaya qarşı apardığı kampaniyaya hüquqi qiymət verilib. 31 avqust 2018-ci il tarixində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində hakim Kamran Əsədovun sədrliyi ilə Elmira Axundova və oğlu Həbib Axundovun iddiası üzrə məhkəmə başa çatıb.

Məhkəmənin çıxardığı qərara əsasən, Fərman Məmmədov və tərəfdaşları yalan məlumatlar yaydıqları kütləvi informasiya vasitələrində təkzib verməli idilər.

Bununla yanaşı, məhkəmə Elmira Axundovanın şərəf və ləyaqətini ləkələyən məlumatların yayılmasına, eləcə də ona dəymiş mənəvi ziyana görə hər birindən 10 min manat məbləğində təzminatın ödənməsi barədə qərar qəbul etmişdi. Eyni zamanda, məhkəmə Həbib Axundovun iddiasını qismən təmin edərək, təqsirləndirilən şəxsləri 50 000 manat cərimə etmişdi.

Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə bu hökmü qüvvədə saxlamışdı.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.