01 avq 10:50Sosial

Vətənpərvər gənclər informasiya müharibəsində iştirak üçün platforma yaratdılar

Vətənpərvər gənclər informasiya müharibəsində iştirak üçün platforma yaratdılarBir qrup vətənpərvər gənc “Karabakh is Azerbaijan” platforması yaradıb.

Platformadan Avrasiya.net-ə verilən məlumatına görə, platforma bu ilin iyulun 23-dən fəaliyyətə başlayıb.

Qısa müddətdə Facebook üzrə 16 min , Telegram üzrə 1000 və Whatsapp üzrə əməkdaşlıq etdiyi digər qruplar ilə birlikdə 7000-dən çox üzv toplamağa nail olub.
Platforma üzvləri qeyd edir ki, bütün fərqlilikləri ir kənara qoyaraq ortaq bir hədəf altında birləşiblər.

“Məqsədimiz informasiya müharibəsində iştirak edərək Azərbaycan ordusuna və xalqımıza dəstək olmaq, dünyanı Qarabağ və Azərbaycan həqiqətlərindən xəbərdar etməkdir. Siz də bu gənclərlə birlikdə mübarizəyə qoşularaq səsimizi daha çox insana çatdıra bilərsiniz.

Hazırda gənclərimizin təşəbbüsü ilə 14 günlük marafon təşkil olunub.. Marafonumuzun məqsədi Twitter sosial şəbəkəsi üzərindən məkanı müvafiq ölkəyə dəyişərək vahid bir heşteq altında müxtəlif ölkələrin gündəminə düşməklə dünyaya səsimizi çatdırmaqdır. Qarabağ və Azərbaycan həqiqətlərini, ermənilərin bizə qarşı olan aqresiyasını dünya arenasında işıqlandırmaq üçün beynəlxalq dil olan ingilis dilində videolarımız hazırlanıb və yeni videolar hazırlanmağa davam edəcək.

Layihədə idarə heyəti -- Urfan Sərkərov, Yusif Xəlilov, Mürsəl Mürsəlli, İlkin Namazlı, Lalə Həmidli, Nərmin Seyidova, Rüstəm Səfərli, Uğur İmaməliyev, Yunus Babasoylu, Sənan Ağayev, Nihad Ataxanlı və bizə dəstək olan üzvlərimiz hər biri həmrəy olaraq vətəni üçün bu informasiya müharibəsində iştirak edir.

Platformanın saytı: https://www.karabakhisazerbaijan.com/
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.