Sizin Reklam Burada

Ölüm yatağında olan həkimin son şeiri ürək sızlatdı

Ölüm yatağında olan həkimin son şeiri ürək sızlatdıDünən koronavirus səbəbilə dünyasını dəyişən həkim Xasay Bayramovun son şeiri izləyiciləri kədərləndirib.

Avrasiya.net xəbər verir ki, Bayramov şeiri ölümündən bir neçə gün əvvəl yazıb. O, şeirdə çəkdiyi ağrılardan, düşdüyü əziyyətli vəziyyətdən söz açıb. Həkim şeiri “Facebook” səhifəsində yayımlayıb:

Bir yerim olsaydı, küsüb gedərdim,

Köpəyoğluyam e, qayıtsam geri.

Ay, Ay, işığını nərdivan eylə,

Çək məni yanına, ağlat bu yeri.

Bunun çayına da, dənizinə də,

Suyuna, qumuna, pişiyinə də,

Lap məsçidinə də, kilsəsinə də,

İsasına da,

Musanın əsasına da

Saqqalısına da, kosasına da,

Əlvida deyibən şüa içində,

Qızdırma içində çıxıb gedirəm,

Amma bir ev var ki, pəncərəsindən,

Xəlvətçə o evə baxıb gedirəm.

Görmək istəmirəm sifətimi də

Şəklimi versələr, cırıb ataram.

Ağrıdır canımı, ev-eşik yastıq,
Başımı buluda qoyub yataram.

Şeir xasiyyətimi unutdum daha,

Bu gündən qələmi tuturam topa.

Hər şey uydurulub oğul, qız, nəvə,

Hər şey uydurulub ana və ata.

Durub məndən ötrü ağlayan qadın,

Həyatın ən qəddar təşbehi sənsən.

Görən kim uydurub sənin ərinəm,

Görən kim uydurub sən sevgilimsən?

Şeir də yalandı, kağız yanırsa,

Yaddaş pozulursa, səslər sönürsə.

Dünyanın sonuncu adamı gəlib,

Gözün görə-görə bax e ölürsə...

Guya ki, deyirlər oğlumsan mənim,

Nə sənə atayam, nə də qızıma.

Ürəyimdən çıxan bu son şerimi,

Atıram küçədə itin ağzına.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Xasay Bayramov COVİD-19 virusuna yoluxub. Vəziyyəti ağırlaşdığından mərhum həkim süni tənəffüs aparatına qoşulubmuş.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər