Sizin Reklam Burada

QHT yeni layihəyə start verib

QHT yeni layihəyə start verib “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi yeni “İctimai yerlərdə ətraf mühitə tullantıların atılmasının qarşısının alınmasında bələdiyyələrin rolu” mövzusunda layihənin icrasına başlayıb.

Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəsətyi Şurasının maliyyə dəsətyi ilə həyata keçiriləcək layihə çərçivəsində ictimai yerlərdə ətraf mühitə tullantıların atılmasının qarşısının alınmasında bələdiyyələrin rolunun artırılması istiqamətində İsmayıllı və Şamaxı rayon bələdiyyələri ilə maarifləndirici söhbətlər təşkil ediləcək, habelə istirahət zonalarında məlumat xarakterli lövhələr və zibil qabları yerləşdiriləcəkdir.

Bildiyimiz kimi ətraf mühitin çirkəndirilməsi, növbəsində meşə zolaqlarının hər il azalmasına, torpaqların eroziyaya uğramasına, içməli suyun azalmasına və təbii fəlakətlərin artmasına, bir sözlə ekoloji tarazlığın pozulmasına və təbiətin məhvinə aparır. Bu gün dünya ictimaiyyətini və alimlərini düşündürən ən mühüm problemlərdən biri də təbiətin qorunması, ətraf mühitin çirklənməsinin qarşısının alınmasıdır.

Bu istiqamətdə respublikamız da dövlət səviyyəsidə bir sıra işlər görür. Buna misal olaraq meşə zolaqlarının salınması, pilot ərazilərdə məişət zibillərinin çeşidlənməsi, təkirar emal zavodunun tikilməsi iaşə zonalarında müxtəlif təmizləyici qurğuların yerləşdirilməsi və s. qeyd etmək olar. Təbiətin qorunması istiqamətdə işlərin aparılması hər bir vətəndaşın vətəndaşlıq borcu olmalıdır.

Respublikamızın turizm zonalarında istirahətə gələnlər tərəfindən ətraf mühitə tullantıların atılmasına daha çox rast gəlinir. Odur ki turizm zonalarında əhalinin maarifləndirilməsinə cox böyük ehtiyac vardır. Bu işdə əhali ilə daha yaxından işləyən bələdiyyə orqanlarını rolu danılmazdır. QHT olaraq layihə çərçivəsində ictimai yerlərdə ətraf mühitə tullantıların atılmasının qarşısının alınmasında bələdiyyələrin rolunun artırılmasına və həm də ictimai yerlərdə məlumat xarakterli lövhələrin yerləşdirilməsi ilə buradakı insanları maarifləndiriləcəkdir.

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyi

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər