Sizin Reklam Burada

Dövlətimizin sağlam igid oğullara və əsgərlərə ehtiyacı var - Rəşad Mahmudov

Dövlətimizin sağlam igid oğullara və əsgərlərə ehtiyacı var - Rəşad Mahmudov“Bir nəsil dəyişdi, amma sənə qarşı olan sevgimiz və həyəcanımız heç dəyişmədi, ana yurdum Qarabağ! Bu həmrəyliyi görüncə bir daha əmin oldum ki, Ali Baş Komandanın əmrinə hazır olan Azərbaycan xalqının və Ordusunun zəfəri mütləqdir!”

Bu sözləri Publika.az-a açıqlamasında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov Ordumuza dəstək məqsədilə keçirilən nümayişdə karantin tədbirlərinin pozulması haqqında danışarkən deyib.

“Xalqımızı bir yerdə görmək qürurverici mənzərədir, amma təəssüf ki, mövcud pandemiyanın ölkəmizdəki ən təhlükəli dövründə bu qədər insanın bir yerə toplaşması dövlətimizin bugünə qədər koronavirusla mübarizəsinin üzərindən xətt çəkdi, deyə bilərəm. Unutmayaq ki, Vətənimizi qorumaq, doğma Qarabağımızı işğaldan azad etmək üçün dövlətimizin sağlam, ağciyərində zədə olmayan igid oğullara və əsgərlərə ehtiyacı var”, - R.Mahmudov vurğulayıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər