Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyət yenidən gərginləşib - RƏSMİ
Dərc olunub:
13-07-2020, 00:38
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində vəziyyət yenidən gərginləşib.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Avrasiya.net-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini yenidən artilleriya atəşinə tutub. Azərbaycan Ordusu adekvat cavab tədbirləri həyata keçirir.