07 iyl 11:41Sosial

Eyvazov 2 yeni rəis təyin etdi

Eyvazov 2 yeni rəis təyin etdiDaxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub.

Avrasiya.net Oxu.az-a istinadən xəbər verir ki, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polkovnik-leytenant Vilayət Allahverdiyev Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət axtarış İdarəsinin rəisi təyin edilib.

O, bundan əvvəl baş idarədə xüsusi ilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışıb.

Nazirin digər əmri ilə Cabir Ələsgərov Qazax Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin olunub.

Qeyd edək ki, C.Ələsgərov Ağstafa Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışıb. RPŞ-nin bütün rəhbər heyəti iyunun 11-də işdən çıxarılmışdı.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.