Mirşahin da koronavirusa yoluxdu
Dərc olunub:
6-07-2020, 12:33
“Real Təhlil İnformasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Mirşahin Ağayev koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Avrasiya.net xəbər verir ki, Mirşahin Ağayev xüsusi rejimli xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətinin qənaətbəxş olduğunu bildirib.
Mirşahin Ağayevin yaxınları və son günlərdə təmasda olduğu şəxslər də tibbi nəzarətə götürülüb.