Sizin Reklam Burada

Restoran sahibi həbs olundu, müştərilər isə CƏRİMƏLƏNDİ

Restoran sahibi həbs olundu, müştərilər isə CƏRİMƏLƏNDİTərtər ərazisindəki restoranların birində 15 nəfərə yaxın şəxs toplaşaraq qonaqlıq təşkil edib, bununla da xüsusi karantin qaydalarını kobud şəkildə pozublar.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məclisdə iştirak edən 10 nəfər saxlanılıb:

“Onlardan 7 nəfərinə protokollar tərtib olunaraq cərimə ediliblər, restoran sahibi olan 1 nəfər və digər 2 nəfər isə məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib. Araşdırmalarla cərimə olunan şəxslərdən 1 nəfərin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib, həmin şəxs aidiyyatı üzrə Dövlət Miqrasiya Xidmətinə təhvil verilib.

Bundan əlavə Tərtər RPŞ-nin və İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər zamanı yas mərasimində 6 nəfər şəxsin tibbi maskadan və digər fərdi qoruyucu vasitələrdən istifadə etdmədiyi də aşkar edilmiş və onların hər biri İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar”.

Rəsmi məlumatda bildirilib ki, bu istiqamətdə tədbirlər elan olunmuş karantin rejimi dövründə mütəmadi olaraq davam etdiriləcək.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər