04 iyl 15:42Sosial

"Gənclik dolu ideya” mövzusunda video konfrans keçirilib - Fotolar

"Gənclik dolu ideya” mövzusunda video konfrans keçirilib - Fotolar04 iyul 2020-ci il tarixdə Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının Gənclər Birliyinin təşəbbüsü ilə rayonun aktiv gəncləri, könüllülər və Ölkəmizin ictimai fəal şəxsləri ilə “Gənclik dolu ideya” mövzusunda video konfrans keçirilmişdir.

Video konfrans keçirilməsi ilk təşəbbüs olsa da 20 iştirakçı iştirak edirdi. Konfransa ölkəmizin bölgələrindən-Gəncə və Quba şəhərlərinin də aktiv şəxsləri qoşulmuş və fikir mübadiləsində iştiark etmişdilər.

Konfrans YAP Zəngilan rayon təşkilatı Gənclər Birliyinin sədri Nərmin Hüseynzadənin çıxışı ilə açıq elan edildi. O bu təşəbbüsün bundan sonra daha da genişləndiriləcəyi və daha çoxşaxəli olacağını bildirdi.

Konfransda ictimai fəal, QHT sədri Fərid Şahbazlı pandemiya dövründə yaranmış çətinliklərlə yanaşı fürsətlər barədə çıxış edərək gəncləri daha aktiv olmağa səslədi.
“Gənc Sahibkarlar Təşkilatı”nın sədri Anar Sarıyev isə öz çıxışında bu virusun dünya iqtisadiyyatına və o cümlədən ölkəmizin bir sıra iqtisadi sahələrinə vurduğu zərərlərin həcmi barədə çıxış edərək qeyd etdi ki, artıq biznesin yeni sahələri sürətlə inkişaf edir və iş adamları bu sahələri inkişaf etdirmək üçün ciddi fəaliyyətlər göstərirlər.
"Gənclik dolu ideya” mövzusunda video konfrans keçirilib - Fotolar
Zəngilanlı iş adamı və ictimai fəal, eyni zamanda QHT sədri olan Emin Əliyev isə öz çıxışında gənclərə bir sıra məsləhətlər verdi. Gənclərimizin xəyallar quraraq bu xəyalların, ideyaların arxasınca israrla addımlamaları, tənqidə açıq olmaları və bundan heç bir zaman qaçmamaları, eyni zamanda elmi-texnoloji yeniliklər və sosial şəbəkələrdən vaxt israfı üçün deyil, yeni vərdişlər qazanmaq, yeni ideyalar əldə etmək üçün istifadə etmələri barədə tövsiyyələr etdi.

E.Əliyev bu cür görüşün mütəmadi keçirilməsi və rayonun ziyalıları, peşəkar şəxsləri, uğur qazanmış yaşlı nəslin nümayəndələri ilə gənclərin görüşlərinin təşkili, eyni zamanda rayonun ali məktəbə qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşlərin təşkil edilməsi barədə təkliflər səsləndirdi.

Daha sonra rayonun aktiv şəxslərindən olan, jurnalist Sənan Məhərrəmli çıxış edərək bu platformanın inkişaf etdirilməsi və özünün də buna töhvə verə biləcəyi ilə bağlı fikir bildirdi. Xüsusilə idmançı gənclər və sağlam nəslin formalaşması və inkişafı ilə bağlı layihələrin icrasının zəruri olduğunu dedi.

Çıxışlardan sonra Gəncə və Qubadan videokonfransa qoşulmuş qonaqlar, eyni zamanda rayon gəncləri söz alaraq konfransın mövzusu barəsində çıxışlar etdilər.
Yekunda təşkilatçı Nərmin Hüseynzadə hər bir videokonfrans iştirakçısına təşəkkürünü bildirərək onlayn platforma üzərindən bu cür görüşlərin mütəmadi təşkil ediləcəyi və daha geniş və fərqli sahədən olan insanlarımızın qoşulmasının təmin ediləcəyini bildirdi.
"Gənclik dolu ideya” mövzusunda video konfrans keçirilib - Fotolar
"Gənclik dolu ideya” mövzusunda video konfrans keçirilib - Fotolar
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.