03 iyl 17:13Sosial

“Amrahbank”ın sahibinin oğlu HƏBS EDİLDİ

“Amrahbank”ın sahibinin oğlu HƏBS EDİLDİTanınmış prokuror Yusif İldırımzadənin qardaşı oğlu, bir müddət əvvəl bağlanan "AmrahBank"ın sahibi Yunis İldırımzadənin oğlu Ülvi İldırımzadə həbs edilib.

Avrasiya.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ü.İldırımzadə "AmrahBank"ın Müşahidə Şurasının sədri Y. İldırımzadənin müşaviri olub.

O, bank bağlanandan sonra Dövlət Təhlükəsizlik Xidmətinin apardığı yoxlamalar nəticəsində saxlanılıb.

İstintaqın təqdimatı ilə Səbail Rayon Məhkəməsi tərəfindən Ü.İldırımzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə Baş prokuror Kamran Əliyevin əmri ilə təqaüdə göndərilib. Y. İldırımzadə sabiq Daxili İşlər naziri Ramil Usubovun qudasıdır.

Xatırladaq ki, "AmrahBank" aprelin 28-i bağlanıb.
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.