03 iyl 17:08Sosial

İran səfirliyinin rəsmisi baş redaktorun ölümü ilə bağlı başsağlığı verib

İran səfirliyinin rəsmisi baş redaktorun ölümü ilə bağlı başsağlığı verib İranın Azərbaycan Respublikasındakı səfirliyinin mətbuat şöbəsinin müdiri Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin baş redaktoru Etibar Babayevin vəfatı ilə əlaqədar başsağlığı verib.

Biz Allahdanıq və Ona tərəf qayıdacağıq.

Böyük təəssüf və kədər hissi ilə xəbər aldıq ki, mətbuat həmkarımız Etibar Babayev vəfat edib. Bu ağrılı xəbər ilə bağlı Azərbaycan Respublikasındakı bütün media üzvlərinə başsağlığı verir və Uca Tanrıdan ona rəhmət diləyirəm. Başsağlığı dəniz qədər böyük kədər qarşısında yalnız bir damladır, ancaq Allahın yazdığı alın yazısı ilə barışmaqdan başqa çarə yoxdur.

Bu əziz insanın və Azərbaycan Respublikasının 17 peşəkar jurnalistinin qəfil ölümü hamımıza dünyanın qeyri-sabitliyini xatırladır.

Bir daha özümün və bu səfirlikdəki bütün həmkarlarımın adından media mənsublarına və mərhumun yaxınlarına başsağlığı verir, dost və qardaş ölkə Azərbaycan Respublikasının xalqına Uca Tanrıdan cansağlığı, izzət və başucalığı diləyirəm. Allah bütün ölən müsəlmanlara rəhmət eləsin.

Hörmətlə Seyid Əli Musəvi
XƏBƏR LENTİ

Jurnalist Böyükağa Mikayıllının "Dahi pedaqoqlar" silsiləsindən "Yanuş Korçak" adlı kitabını şəhərimizin kitab mağazalarından əldə edə, həmçinin müəlliflə əlaqə ( 050 344 96 76 ) saxlayıb onlayn sifariş verə bilərsiniz.