Sizin Reklam Burada

Kriminal avtoritetin dəfnində karantin belə pozuldu - Foto

Kriminal avtoritetin dəfnində karantin belə pozuldu - FotoBakının Suraxanı rayonunda ötən gün qətlə yetirilən 1979-cu il təvəllüdlü Mail Mustafayevin dəfni zamanı karantin qaydaları pozulub.

Avrasiya.net Bakıpost.az-a istinadən xəbər verir ki, M.Mustafayev Hövsan qəsəbəsindəki məzarlıqda torpağa tapşırılıb. Karantin qaydalarına görə 10-dan çox insanın bir yerə toplaşması qadağan edilsə də, artıq sayda insan dəfn mərasimində iştirak edib.

Mərasim zamanı ara məsafəsi də gözlənilməyib. Bundan başqa kadrlarda dəfnə qatılanların əksəriyyətinin tibbi maskadan istifadə etmədikləri görünür.

Xatırladaq ki, Mail Mustafayev kriminal aləmdə “Hövsanlı Mayıl”, “Mayıl Naxçıvanski” kimi tanınıb. O dəfələrlə məhkum olunub. Mail Mustafayev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamlarından olduğu bildirilir.

Qətl faktı ilə bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İstintaqla hadisənin zərərçəkmişin tanışı, 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda Aslan Sadıqovun yerinin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər