Daha bir jurnalist koronavirusa YOLUXDU
Dərc olunub:
3-07-2020, 14:06
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi Aynur Nəsirova koronavirusa yoluxub.
Avrasiya.net xəbər verir ki, bu barədə Aynur Nəsirova "facebook" hesabıda paylaşım edib.
O, hazırda xəstəxanada olduğunu bildirib:
"Narahat olan dostlarım, tələbələrim, həmkarlarım, hər şey yaxşıdı. Xəstəxanada güvəndəyəm. Özünüzü qoruyun".
Qeyd edək ki, A.Nəsirova həm də "ARB24" televiziyasının baş redaktor müavinidir.