Sizin Reklam Burada

Hikmət Şikarov Şamaxıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Hikmət Şikarov Şamaxıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edibŞamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hikmət Şikarov yeni təyinatı münasibətilə Şamaxı şəhərinin mərkəzindəki Heydər Əliyev mədəniyyət və istirahət parkında ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır. Ulu Öndərin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib.

Əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqın sevimli, unudulmaz övladı... Bu ifadələrin hamısı yalnız ona aiddir, yalnız onun ünvanınadır. Çünki o, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. O, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli lideri zirvəsinə yüksəltdi, dünya siyasətinin nəhənglərindən birinə çevirdi.

Hikmət Şikarov daha sonra Şəhidlər Xiyabanını ziyarət edib və şəhid məzarlarının üzərinə gül dəstələri qoyaraq ölkəmizin müstəqilliyi, xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini 1 dəqiqəlik sükutla yad edib.
Hikmət Şikarov Şamaxıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib
Hikmət Şikarov Şamaxıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər