Sizin Reklam Burada

Biz yeni çağrışlara hazır olmalıyıq - Fikrət Yusifov

Biz yeni çağrışlara hazır olmalıyıq - Fikrət YusifovKoronavirus Pandemiyasının dünya düzənini dəyişəcəyi ilə bağlı fikirlər bu problemin yarandığı ilk günlərdən səslənməkdədir. Bu dəyişikliklər hansı sahələri əhatə edəcək?

Dəyişikliklərin fəlsəfəsi nədən ibarət olacaq? Zaman keçdikcə bu sualların cavablarının işartıları da görünməyə başlayır. İdarəçilikdə distant fəaliyyətin səmərəliliyi artıq dünyanın aparıcı şirkətləri tərəfindən təsdiq olunur, distant təhsilin yeni uğurlu nəticələrə aparan variantları işlənir, xidmət sferası öz işini xidmətləri insanlara çatdırmaq kontekstində yenidən qurmağa köklənirlər və s. Bir sözlə, bəşəriyyət Pandemiyadan sonrakı dönəmdə yeni qaydalarla yaşamağa üz tutur. Bu qaydalar bizə daha səmərəli çalışmağı və düzgün yaşamağı öyrədəcək. İsrafçılıq anlayışı aradan qalxacaq, insanlar özlərini düşündükləri qədər bəşəri dəyərləri də qiymətləndirməyə və qorumağa üz tutacaqlar.

Bu gün artıq bütün hökumətlər, o cümlədən, Azərbaycan hökuməti də dünyada başlanan yeni çağrışlara uyğun islahatlar aparmağa köklənib. Bu islahatlar ölkə həyatının bütün sferalarını əhatə edəcəkdir və bu yolda artıq ilkin addımlar atılmağa başlanıb. Yeni çağrışlar kontekstində hökumətin cəmiyyətdə vətəndaş həmrəyliyini yüksəltmək və ictimai nəzarəti gücləndirmək istiqamətində atdığı addımlar tədqirə layiqdir. Bu yolun başlanğıcında yeni siyasi partiyaların fəaliyyətinə geniş meydan verilməsi, siyasi partiyalarla, vətəndaş cəmiyyətinin nümayəndələri ilə Prezident administrasiyasında yüksək səviyyədə görüşlərin keçirilməsi ölkənin siyasi səhnəsində son illlərin ən diqqətçəkən yeniliyi hesab edilə bilər.

Hökumət ölkədə vətəndaş həmrəyliyinin yüksək səviyyədə olması üçün ən zəruri addımlar atır. Bu, cəmiyyətin demokrətikləşməsi və dövlətin idarə edilməsində siyasi plüralizm mühütinin yaradılması deməkdir. Siyasi plüralizm hökumətin aparacağı bütün islahatların keyfiyyətinin yüksəlməsinə və dövlət idarəçiliyinin yeni çağrışlara tam uyğunlaşdırılmasına zəmin yaradacaqdır.

Fikrət Yusifov
İqtisad elmləri doktoru, professor

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər