Sizin Reklam Burada

İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi”

İşdən çıxan icra başçısının müavini - “Qardaşım məni el arasında biabır etdi”Ağstafa Rayon İcra Hakimiyyəti başçısının müavini Aydın Hacıyev istefa verməsindən danışıb.

Avrasiya.net xəbər verir ki, A.Hacıyev “MediaPost”a açıqlamasında istefa verməsi xəbərini təsdiqləyib:

“Bəli, mən vəzifəmdən azad olunmağım üçün ərizə yazmışam. Qardaşım narkotiklə həbs olunmaqla məni el arasında biabır etdi. İnsanların içinə çıxa bilmirəm. Bu olaylardan sonra kimin üzünə baxa bilirəm ki!”

A.Hacıyev bildirib ki, qardaşının narkotik alverçisi olmasından xəbərsiz idi:

“Sağlıq olsun, qarşıdakı günlərdə hər şey bilinəcək. Amma mövcud durumda mən heç nə bilmirəm. Ona görə də, icra başçısına ərizə yazaraq vəzifəmdən istefa vermişəm”.

Qeyd edək ki, A.Hacıyevin qardaşı 1968-ci il təvəllüdlü Babək Hacıyev polisin 25 iyul tarixində keçirdiyi əməliyyat zamanı külli miqdarda narkotik maddə ilə saxlanılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər