Sizin Reklam Burada

"Su probleminin aradan qaldırılması istiqamətdinə işlər aparılır"

"Su probleminin aradan qaldırılması istiqamətdinə işlər aparılır"Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində "Azərsu" ASC-nin İdarə heyətinin sədri Qorxmaz Hüseynovun iştirakı ilə ölkədəki su problemi ilə bağlı dinləmələr keçirilib.

Adıçəkilən Komitənin sədri Sadiq Qurbanov "AzPolitika.info"-ya açıqlamasında bildirib ki, müzakirələr Prezident İlham ƏIiyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli çıxışında parlamentin fəaliyyəti ilə bağlı tövsiyələrindən irəli gəlib. Həmin tövsiyələrdən çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova komitə rəhbərliyinə aidiyyatı qurumlarla hazırda ölkənin aktual problemlərindən biri olan su təchizatı ilə bağlı yaranmış vəziyyətin müzakirəsini təklif edib: "Bilirsiz ki, bu problem çox ciddidir, onun aradan qaldırılması istiqamətdinə işlər aparılır. Biz də "Azərsu" ASC-nin rəhbəri hörmətli Qorxmaz Hüseynovu dinləmələrə dəvət etdik. Komitə üzvlərinin, habelə başqa komitələrin sədrlərinin də iştirakı ilə çox geniş, əhatəli müzakirələr aparıldı. Belə ki, Azərbaycanda təbii su ehtiyatları, içməli su mənbələri, əhalinin ehtiyaclarının ödənilməsi, bu sahədə olan problemlər, habelə içməli suyun hazırlanmasında və ötürülməsində yeni texnologiyaların tətbiqi və s. məsələlər müzakirə olundu. Qərara gəlindi ki, Azərbaycan parlamenti bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məsələlərilə bağlı üzərinə düşən bütün işləri görməyə hazırdı".

S.Qurbanov daha sonra bildirib ki, dinləmələrdə kanalizasiya xətlərinin çəkilməsi, yağış sularının ötürülməsi, tullantı suların təkrar emalı ilə bağlı da müzakirələr aparılıb.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər