Bu gün 556 nəfər koronavirusa yoluxdu - 7 nəfər öldü
Bu gün ölkəmizdə 556 yoluxma faktı qeydə alınıb. Ümumilikdə 17 min 514 nəfər koronavirusa yoluxub.
Avrasiya.net xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bugünkü brifinqində deyib.
"Bu gün 7 nəfər həyatını itirib. Ümumilikdə isə 213 nəfər virus səbəbilə dünyasını dəyişib", - o bildirib.