29 iyn 15:49Sosial

Bu testlər koronavirusu aşkarlaya bilmir - Professor

Bu testlər koronavirusu aşkarlaya bilmir - ProfessorKoronavirusun aşkarlanması üçün 3 testdən - ekspress, immunoferment və polimeraz zəncirvari reaksiyadan istifadə edilir. Təəssüf ki, bəzən ekspress testlər nəticəni düzgün göstərmir.

Bunu Axar.az-a testlərin keyfiyyəti barədə danışan professor Adil Qeybulla deyib. O bildirib ki, ən dəqiq cavabı polimeraz zəncirvari reaksiya vasitəsi ilə əldə etmək mümkündür:

“Polimeraz zəncirvari reaksiyanın spesfikliyi, dəqiqliyi və həsasslığı 95 faizin üzərindədir. Bəzən xəstədə buzlu şüşə sindromu, halsızlıq, öskürək, qızdırma, təngnəfəslik və bütün kliniki əlamətlər olduğu halda, ekspress test neqativ göstərir. Həmçinin bəzən xəstədə heç bir əlamət olmur, amma test pozitiv göstərir. Bu cür situasiyalar yaşanır”.

Ekspert onu da bildirib ki, immunoferment və polimeraz zəncirvari reaksiya testlərinin cavabı bir neçə gün ərzində çıxa bilər:

“Testlərin cavabının 3-4 gün ərzində deyilməsi çox güman ki, immunoferment və polimeraz zəncirvari reaksiya ilə bağlıdır. Ekspress testlərin nəticəsi isə bir neçə dəqiqəyə hazır olur”.

A.Qeybulla onu da bildirib ki, virusun simptomları olmayan koronaviruslu xəstələri müəyyənləşdirmək üçün testləşdirilmənin sayı artırılmalıdır: “Simptomu olmayan xəstələr, o cümlədən uşaqlar təhlükəlidir. Çünki onlar özləri də bilmədən infeksiyanı yayırlar. Ailədə bir nəfər şübhəli varsa, digərlərinin də test olunması məqsədəuyğundur. Bu situasiyada dünya təcrübəsindən istifadə edilməlidir. Təcrübəyə əsasən kütləvi testləşmə mümkün qədər çox aparılmalıdır. Ən azı Bakı və Abşeronda etibarlı testlərdən istifadə edilməklə bunun aparılması zəruridir”.
XƏBƏR LENTİ
Bu gün, 11:22
SORĞU