Sizin Reklam Burada

Həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu

Həyata keçirilən qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qoruduBunu xalqcebhesi.az-a həkim-kardioloq Qalib Şəfahət Azərbaycan hökumətinin COVİD 19-la mübarizədə həyata keçirdiyi tədbirlərə münasibətində deyib.

Qeyd edək ki, son illər ərzində Azərbaycanın hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Ölkədə 700-dən artıq xəstəxanaların tikilib və ya yenidən qurululub. “Yeni klinika”, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpusları və digər tibb müəssisələri koronavirusa yoluxmuş vətəndaşların müalicəsində mühüm rol oynayırlar.

Həkimin fikrincə, Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır. İnfeksiyaya yoluxanların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıb: “Hökumət tərəfindən həyata keçirilən qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olub. Bu gün hökumət tərəfindən tədbirlərin sərtləşdirilməsindən narazı qalan insanlar bilməlidirlər ki, əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hökumət bütün vasitələrdən istifadə edir ki, əhali sağlam qalsın. Amma son müddətin dinamikası göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər”.

Həkim qeyd edib ki, maska taxmaq, sosial məsafə saxlamaqq və dezinfeksiya işləri bizi virusdan qoruyan vasitələrdir: “Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq. Adi elementar qaydalara əməl etməliyik. Bizdən yalnız bunlar tələb olunur. Əhalimiz mütləq maariflənməlidir. Yaxşı haldır ki, bütün vətəndaş cəmiyyəti institutları, KİV, Tv-lərimiz bu istiqamətdə intensiv iş aparır. Amma ictimai qınaq da vacibdir. Bu kimi məsələlərdə biz bir-birimizə dəstək olmalıyıq”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər