Sizin Reklam Burada

Hər səhər açılanda ümidlə günümün ovqatını dəyişəcək xəbəri gözləyirəm...

Hər səhər açılanda ümidlə günümün ovqatını dəyişəcək xəbəri gözləyirəm...Elçin Mirzəbəyli

...Hər səhər açılanda ümidlə günümün ovqatını dəyişəcək xəbəri gözləyirəm: Bu gün Azərbaycan Respublikasında COVİD-19 yeni növ koronavirusa yoluxma faktı qeydə alınmayıb.

Hətta çox quru, emosiyasız görünsə də belə bu xəbərin hər hərfini bağrıma basmağa hazıram...

Amma hər gün yoluxma sayının artdığı barədə xəbər eşidirəm. Yoluxanlar arasında uzun illərdən bəri tanıdığım, sayğı duyduğum insanların sayı da getdikcə artmaqdadır. COVİD-19 marıqda dayanan amansız ovçu kimidir, hər birimizi hədəfə alıb. Harada, nə vaxt yoluxacağımızı, vücudumuzun bu xəstəliyə necə müqavimət göstərəcəyini bilmirik. Əksəriyyətimizin uzun illərdən bəri, gizlicə bizimlə birlikdə yaşayan və hələ özünü büruzə verməmiş xəstəliklərdən xəbəri yoxdur. Sonuncu dəfə nə vaxt müayinə olunduğumuzu da unutmuşuq və həm də buna görə indi hər birimiz nişangahdayıq!

...Virusun ölkəmizə ayaq açdığı və xüsusi karantin rejiminin tətbiq olunduğu gündən bəri yazdığım yazıların sayını unutmuşam. Açığını deyim, bəzən bu mövzuda yazmaqdan utanıram. Başa düşürəm, vətəndaşlarımızın ən azı yarıdan çoxu ciddi analitik yazıları, əfsanə və nağıllardan uzaq, faktların müqayisəli şəkildə təqdim olunduğu araşdırma yazılarını, rasional publisistikanı sevmir. Meyxana, toyxana, çayxana... və bütün məişət münasibətlərini asta-asta “xanalayan” üslubu isə mən bacarmıram. 30 ilə yaxın bir zaman kəsiyində “üç badam, bir qoz”, qurşaqdan aşağı “ye, iç, bəzən” “təfəkkürünü” çoxluğun şüuruna elə pərçimləyiblər ki, adamlar hətta məişət səviyyəli məsələlərdə belə düşünmək, nəticə çıxarmaq istəmirlər... Heç meyxana, toyxana, çayxana... təfəkküründən süzülən söz və “fikir” yığınına inanan da yoxdur.

...Üç badam, bir qoz, badam ol, alə, evdə qal,

Adam ol alə, adam ol, alə, evdə qal!

Dinləyirlər, çırtıq çalırlar, ucuz söz yığınından feyziyab olub dodaqlarını marçıldadırlar və sonra da... hər şey əvvəlki axarında davam edir.

Və bəzən mənə elə gəlir ki, həmvətənlərimizin əhəmiyyətli hissəsi üçün sözün, fikrin heç bir önəmi yoxdur. Əsas ritmdir, ritm! Bu ritmin üzərində Nəsiminin “Məndə sığar iki cahan” qəzəlini oxusan da, “Papaq” filmindəki “qorodovoy” kimi “Ləhlülülü” desən də, oynayacaqlar. Oynayacaqlar, vəssalam. Və oynaya-oynaya gəlib çıxacaqlar növbəti sərtləşdirilmiş karantin rejiminə. Necə ki, gəlib çıxıblar...

Bazar günü gecə saat 00:00-dan etibarən iki həftəlik sərtləşdirilmiş karantin rejimi başlayır. Vaxtından əvvəl sevinə-sevinə, çırtıq çala-çala, “koronovirus bayram və tətillərini” qeyd edə-edə... gəlib çıxmışıq yolun əvvəlinə. Torpaq yollarla rayonlara üz tutan və geriyə qayıtmaq üçün saatlarla tıxacda qalan “kreativ məsuliyyətsiz”lər kimi... Nədənsə bizdə məsuliyyətsizlikdən kreativ heç nə alınmır. Bütün pis əməllərin, dələduzluğun, fırıldaqçılığın, qanundan yayınmağın və daha nələrin... ən kreativini bacarırıq, amma sivil, mədəni, kəsəsi “adam kimi adam” anlayışı çərşivəsində yaradıcı ola bilmirik.

Doğrusu, bu 2 həftəlik məhdudiyyətən sonra hansı nəticəyə gəlib çıxacağımızı hələlik təsəvvür edə bilmirəm. Amma ümid edirəm ki, baş verənlərdən nəticə çıxarmağı bacaracağıq. Ümid edirəm!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər