Sizin Reklam Burada

KİVDF-də yeyinti: qanunsuzluğa kimlər imza atıb?

KİVDF-də yeyinti: qanunsuzluğa kimlər imza atıb?Xəbər verdiyimiz kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yol verilən qanunsuz əməllərlə bağlı cinayət işi başlanıb.

Respublika Baş Prokurorluğunun məlumatında bildirilib ki, Fondun vəzifəli şəxsləri tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib.

Fondun “Xərclər smetası”nın icrasına, KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsini nəzərdə tutan və inkişafını dəstəkləyən proqram, layihə və digər tədbirlərin maliyyələşdirilməsinə, habelə Fondun saxlanılması xərcləri üzrə inzibati binanın müvafiq satınalma keçirilmədən icarəyə götürülməsi və nəqliyyat vasitələrinin təmiri və yanacaqla təmin edilməsinə, KİV-lərə maliyyə yardımının və gündəlik ictimai-siyasi qəzetlərə birdəfəlik maliyyə yardımının ayrılmasına, tikinti norma və qaydalarına əməl edilməməsi nəticəsində iş həcmlərinin artırılması, obyektin ehtimal dəyərinin şişirdilməsi və işlərin görülməməsinə görə külli miqdarda artıq vəsait qanunsuz olaraq xərclənib.

Qeyd olunan qanunsuz əməllərə görə Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.

Axar.az xəbər verir ki, KİVDF-nin yol verdiyi qanunsuzluqlarla bağlı ən önəmli məqam isə Fondun hər il Müşahidə Şurasına hesabat verməsidir. Nizamnaməyə görə, illik hesabatı qəbul edib imza atmaq, eləcə də layihələri, xərclənmələrin təyinatı üzrə olduğunu təsdiqləmək Müşahidə Şurasının səlahiyyətindədir. Prosesdən aydın olur ki, Müşahidə Şurası bu illər ərzində KİVDF-dəki bu qədər irimiqyaslı yeyintiləri aşkarlamaq əvəzinə onlara göz yumub.

Məsələ ilə bağlı KİV-nin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının sədri Umud Rəhimoğlu ilə əlaqə saxladıq. U.Rəhimoğlu bu barədə danışmaq istəmədiyini bildirib.

Aparılan istintaqa Müşahidə Şurası üzvlərinin cəlb edilib-edilmədiyi barədə Baş Prokurorluğa verilən sorğuya cavab olaraq bildirilib ki, prokurorluq bu barədə daha sonra açıqlama yayacaq.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər