Sizin Reklam Burada

“Jurnalistlər binası”nda koronavirusdan ölüm hadisəsi baş verib

“Jurnalistlər binası”nda koronavirusdan ölüm hadisəsi baş veribBakının Bibiheybət qəsəbəsində yerləşən birinci “Jurnalistlər binası”nda koronavirusdan ölüm hadisəsi baş verib.

Bu barədə bina sakinləri bildiriblər.

Belə ki, “Jurnalistlər binası”nın bir müddət öncə koronoavirus infeksiyasına yoluxmuş sakini, tanınmış fotoqraf, Milli Məclisin rəsmi orqanı olan “Azərbaycan” qəzetinin Fotoillustrasiya şöbəsinin müdiri olmuş Fərman Bağırov həyatını itirib...

Bildirilir ki, mərhumun həyat yoldaşı da koronavirusdan əziyyət çəkir.

Qeyd edək ki, F.Bağırov 1936-cı ildə Bakıda anadan olub.

O, əmək fəaliyyətinə “Kommunist” qəzetində başlayıb, sonralar işini Milli Məclisin orqanı olan “Azərbaycan” qəzetində davam etdirib...

F.Bağırov son vaxtlaradək “Azərbaycan” qəzetində Fotoillustrasiya şöbəsinin müdiri olub. Jurnalistikadakı xidmətləri 1969-cu ildə Ali Sovetin Fəxri fərmanı, “Əməkdar mədəniyyət işçisi” fəxri adı ilə mükafatlandırılıb. Bir çox sərgi və müsabiqədə iştirak edərək diplom və fəxri fərmanlar alıb. 2005-ci ildə Prezident İlham Əliyev tərəfinfən “Tərəqqi” medalı ilə təltif edilib.

84 yaşlı F.Bağırov bir neçə ay öncə təqaüdə çıxıb.

Allah rəhmət eləsin...

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər