İcazəsi olan şəxslər öz maşınında ailə üzvlərini daşıya bilməz - Kamran Əliyev

İcazəsi olan şəxslər öz maşınında ailə üzvlərini daşıya bilməz - Kamran Əliyev"Sərt karantin günlərində fəaliyyətinə icazə verilən qurumların əməkdaşlarına öz avtomobillərində ailə üzvlərini daşımağa icazə verilmir".

Avrasiya.net-in məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Baş Dövlət Yol Polisi İdarəsinin (BYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

O qeyd edib ki, yalnız ailə üzvləri eyni yerdə çalışdıqları halda buna icazə verilir.