Naxçıvana uçuşlar bu tarixdən başlayır
Dərc olunub:
11-06-2020, 18:02
Operativ Qərargahın zamanında verdiyi qərar əsasında uçuşların bərpası qərarlaşdırılb.
Avrasiya.net xəbər verir ki, bunu Azərbaycan Hava Yolları QSC-nin vitse-prezidenti Eldar Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.
"İlk uçuş 15 iyun 00:00-da Bakı-Naxçıvan istiqamətində baş tutacaq. 106 yer ayrılsa da, 100 yer satışa çıxarılacaq. Əgər uçuş zamanı hansısa sərnişində virus aşkarlanarsa, təyyarənin arxa sırasında əyləşdirilib, respirator maska ilə təmin olunacaq", - o bildirib.
E.Hacıyev əlavə edib ki, sərnişinlərin hava limanında və səyahət zamanı davranış qaydalarının əyani nümayişi üçün hava yolları tərəfindən tərəfindən videoçarx hazırlanıb.