Sizin Reklam Burada

"Həftə sonları üçün qadağa qərarını tam dəstəkləyirəm"

"Həftə sonları üçün qadağa qərarını tam dəstəkləyirəm"Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tanınmış kardioloq Rəşad Mahmudov həftəsonu üçün ölkədə tətbiq ediləcək küçəyə çıxma qadağasından danışıb.

Deputat “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yumşaldılma və karantin rejimindən mərhələli şəkildə çıxma planı ölkəmizdə son vaxtlarda dövlətin və hökumətin, eləcə də Operativ Qərargahın əsas məqsədlərindən biri idi:
“Bu həm cəmiyyətin iqtisadi, həm sosial, həm də mədəni baxımından problemlərinin həlli istiqamətində ehtiyac olan bir məqamdır. Belə təcrübə dünyanın hər ölkəsində tətbiq olunur. Amma əfsuslar olsun ki, həm ekspertlər, həm Operativ Qərargah tərəfindən dəfələrlə xəbərdarlığına baxmayaraq, fərdi gigiyenik qaydalara, ictimai ortamlarda insanların bir-birinə qarşı olan münasibətlərində yeni çağırışlara riayət olunması kimi hadisələrə cəmiyyətin böyük bir hissəsindən müsbət cavab verilmədi. Əfsuslar olsun ki, son 10 gün ərzində yoluxma sayı getdikcə artdı. Onun üçün də mən bu gün birmənalı olaraq Operativ Qərargahın ən azından hələ ki, həftə sonları üçün vermiş olduğu bu qərarı tam dəstəkləyirəm”.

R. Mahmudov tibbi nöqteyi-nəzərdən küçəyə çıxma qadağası ilə bağlı qərarın vacib olduğunu vurğulayıb:
“Bunu etmədiyimiz zaman hər nə qədər insanlar bu məsələlərə şübhə ilə yanaşmalı olsa da , biz daha böyük fəsadlarla qarşılaşa bilərik. Bu fəsadlar sadəcə insanların həyatının itirilməsi və onların həyatı üçün təhlükə yaranması deyil. Bu həm də Azərbaycan səhiyyə sisteminin hər nə qədər gücləndirilmiş iş rejimində olsa belə, sisteminin çökməsinə qədər gətirib çıxa bilər. Bunu biz digər ölkə nümunələrinin təcrübəsində gördük.

Ən başda da səhiyyə sisteminin və xəstəxanaların bu xəstələrlə dolması ikinci bir böyük problem yaradır. Bu gün çarəsi olan xəstəlikdən əziyyət çəkən problemlərin Azərbaycan səhiyyəsi həll edə bilmədiyi üçün bu dəfə başqa problemləri məsələn, ürəyin işemik xəstəliyindən, insultdan tutmuş qeyri-infeksion xəstəliklərdən ölümlərin sayının artmasına səbəb ola bilər. Ona görə də, birmənalı olaraq mən bu gün atılan bu addımı dəstəkləyirəm. Hər bir vətəndaş öz məsuliyyətini dərk edərək hadisəyə reaksiya verməlidir. Biz birlikdə dövlətin atmış olduğu addımlara, fərdi gigiyenanı sadəcə bədənimizdə deyil, beynimiz üzərində çalışdığımız zaman birlikdə bu virusa qalib gələ bilərik. Belə olan halda, təhlükədən daha az itkilərlə ölkə və cəmiyyət olaraq uzaqlaşa bilərik”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər