02 iyn 14:35Sosial

Millət vəkili şəhid anasını ziyarət edib - Fotolar

Millət vəkili şəhid anasını ziyarət edib - Fotolar Kəlbəcər rayonun Millət vəkili Aqil Məmmədov şəhid kəşfiyyatçı, Azərbaycan bayrağı ordeni ilə təltif olunmuş, Ülfət Kərimovun anasını ziyarət edib. Fatma Kərimovanın səhhətiylə, sosial durumuyla maraqlanan millət vəkili, Ülfət Kərimovun igidliyinin tarix boyu yaşayacağını, indiki gənclərin, eləcə də gələcək nəsil üçün şərəf, qeyrət nümunəsi olduğunu qeyd etdi.

Əfsanəvi kəşfiyyatçının qardaşı oğlu və onun adını daşıyan Ülfət Kərimov bu il ali məktəbi bitirərək hərbi xidmətə gedəcək. Millət vəkili Aqil Məmmədov gənclə söhbət edərək, yaddaşlarda əbədi heykəl yonmuş qəhramanın adının daşımağın, özü böyük bir şərəf, qürür olduğunu vurğulayaraq həyat yollarında ona uğurlar, daim yüksəliş, tərəqqi arzuladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun Ülfət Kərimov kimi vətən sevdalı oğulları sayəsində üçrəngli bayrağımızı tezliklə Qarabağda, işğal altında olan rayonlarda məğrurluqla dalğalandıracağına əmin olduğunu və bu möhtəşəm qələbənin çox yaxında olmasına inandığını bildirdi.
Millət vəkili şəhid anasını ziyarət edib - Fotolar
Millət vəkili şəhid ailəsinin vəziyyəti ilə maraqlanıb, nəsə bir istəklərinin olmaları barəsində soruşdu. Ülfətin anası Fatma Kərimova oğluna sağlığında, eləcə də ölümündən sonra komandirləri tərəfindən milli qəhramanlıq veriləmsi barəsində üç dəfə təqdimat göndərildiyini, amma hələ də nəticəsiz qalmasını bildirərək, millət vəkilindən onlara köməklik etməsini xahiş etdilər.
Millət vəkili şəhid anasını ziyarət edib - Fotolar
XƏBƏR LENTİ
SORĞU