Sizin Reklam Burada

“Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi dövlətin prioritet vəzifələrindəndir”

“Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi dövlətin prioritet vəzifələrindəndir”Dünən Azərbaycan Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışında iştirak edib.

Qeyd edək ki, sifarişçisi “Paşa Holding”, podratçısı isə “Kristal Abşeron” MTK olan yeni qəsəbə Lökbatanda istifadəyə verilən “Qobu Park-1” və “Qobu Park-2” yaşayış komplekslərinin yanında inşa edilib. Bütün bu yaşayış komplekslərinin inşası Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilib. Birinci yaşayış kompleksində 11 yaşayış binası, ikinci və “Qobu Park-3” yaşayış kompleksində isə onmərtəbəli 13 yaşayış binası inşa olunub. Bu komplekslərin ərazisində məktəblər, uşaq bağçaları, poliklinika, tibb, poçt məntəqələri, idman zalları və digər zəruri sosial infrastruktur obyektləri yaradılıb.

“Xalq Cəbhəsi” qəzetinə açıqlama verən Vətəndaş Cəmiyyəti Naminə Maarifləndirmə İctimai Birliyinin sədri Füzuli Kərimov bildirib ki, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi dövlətin prioritet vəzifələrindəndir: “Hazırda dünyada müxtəlif səbəblər üzündən öz yurdlarından məhrum olanların sayı təxminən 42 milyon nəfərdir. Onların 16 milyonu qaçqın, sığınacaq axtaran şəxs, 26 milyon nəfəri isə məcburi köçkündür. Digər ölkələrlə müqayisədə ən yüksək nisbi göstərici Azərbaycanın payına düşür. Ermənistanın 1988-1992-ci illərdə həyata keçirdiyi etnik təmizləmə siyasəti və ölkəmizə hərbi təcavüzü nəticəsində 1 milyon soydaşımız qaçqın və məcburi köçkün düşüb”.

F.Kərimov vurğulayıb ki, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi hər zaman dövlətin diqqətindədir və bununla bağlı dövlət proqramları uğurla həyata keçirilib: “Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında ölkəmizin ərazi bütövlüyü ilə bağlı fikirlərini çatdırarkən daim birmənalı olaraq bildirib ki, işğal olunmuş torpaqlar erməni silahlı qüvvələrindən azad olunmalı, məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar. Təbii ki, torpaqlarımız sülh yolu ilə azad edilməsə, istənilən vasitə ilə azad ediləcəkdir. Biz buna inanırıq. İnanırıq ki, Prezidentimizin qətiyyətli siyasəti nəticəsində işğal olunan ərazilərimiz tezliklə geri alınacaq və oradan didərgin düşən qaçqın və köçkünlərimiz doğma yurdlarına qayıdacaqlar”.
QHT sədrinin sözlərinə görə, zaman-zaman məcburi köçkünlərin sığındığı çadır şəhərciklərinin ləğv olunması böyük uğurdur. İndiyədək 100-dən çox qəsəbə-şəhərcik salınıb, 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olunub: “Dünyada iqtisadi və maliyyə böhranı hökm sürdüyü, neftin qiymətinin bir neçə dəfə kəskin düşdüyü şəraitdə məcburi köçkünlərlə bağlı heç bir layihədə yubanma və ixtisar olmadı. Azərbaycan bu ağır dönəmdə də iqtisadi gücünü qoruyub saxlaya bildi. Əhalinin sosial rifahını yaxşılaşdıracaq əhəmiyyətli layihələrə imza atdı.

Belə ki, ötən ildə məcburi köçkünlər üçün 5 minə yaxın ev-mənzil tikildi, bu il isə 7- 8 min mənzilin məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulur, Bundan başqa məcburi köçkünlərin sosial təminatı yaxşılaşır, onlara verilən müavinətin həcmi 50 faiz artıb. Hər bir məcburi köçkün uzun illər ərzində dövlət tərəfindən aylıq müavinətlə təmin edilir. Bütün bunlar Prezidentin sosial siyasətinin nəticəsidir. Bu siyasət vətəndaşın rifahının yaxşılaşmasına, təhlükəsizliyinə, sağlamlığına yönəlib. Bu gün Azərbaycan dövlətində məcburi qaşqın və köçkünlər üçün yaradılan şərait dünyanın heç bir ölkəsində yoxdur. Elə buna görə də, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın bu siyasətini bəyənir və dəstəkləyir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər