Sizin Reklam Burada

Komitə sədri ekoloqların peşə bayramını təbrik etdi

Komitə sədri ekoloqların peşə bayramını təbrik etdiMilli Məclisin Təbii sərvətlər, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov ekologiya sahəsində çalışnları peşə bayramı münasibətilə təbrik edib.

Avrasiya.net həmin təbrikin mətnini təqdim edir.

Əziz təbiəti sevənlər və ekologiya sahəsində çalışanlar!

Bu gün, 23 may Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə bayramıdır. Bu münasibətlə hörmətli nazir Muxtar Babayev başda olmaqla, bütün nazirlik əməkdaşlarını təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzu edirəm.

Bildiyimiz kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi 23 may, 2001-ci il tarixində AR-nın Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin və AR-nın Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsinin bazasında yaradılmışdır. Yarandığı gündən kifayət qədər uğurlu işlər görmüş, ölkəmizdə ekoloji tarazlığın qorunmasına öz töhfəsini vermişdir.

Həllini gözləyən bir sıra ekoloji problemlərin olmasına baxmayaraq, inanıram ki, qarşılıqlı əməkdaşlığımız (qanunverici hakimiyyətlə icraedici hakimiyyət) sayəsində, yaranmış və yarana biləcək bütün problemlərin öhdəsindən layiqincə gələcəyik.

Son dövrlərdə bəşəriyyətin bəlasına çevrilmiş Covid-19 pandemiyası göstərdi ki, insanlar təbiətə olan münasibətlərini yaxşı mənada dəyişməklə, onun ehtiyyatlarından səmərəli istifadə etməklə gələcəkdə baş verə biləcək daha təhlükəli təbiət hadisələrinə düzgün müqavimət göstərməyə nail ola bilərlər. Hörmətli, əməkdaşlar!

Danılmazdır ki,sizin fəaliyyətiniz, insanların həyatında mühüm əhəmiyyətə malikdir.

Bir daha sizi səmimi qəlbdən təbrik edir, bu şərəfli və məsuliyyətli peşənizdə bol-bol uğur və yüksək nailiyyətlər arzu edirəm!

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər