Sizin Reklam Burada

Bu gündən Azərbaycanda 8 gün iş olmayacaq

Bu gündən Azərbaycanda 8 gün iş olmayacaqBu gündən etibarən Azərbaycanda 8 gün ərzində qeyri-iş günü olacaq. Baş Nazir Əli Əsədovun müvafiq qərarı ilə ölkədə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

TƏBİB-dən Avrasiya.net-ə verilən məlumatda bayram günlərində əhalinin karantin rejiminə əməl etmələri, sosial məsafə gözləmələri, zərurət olmadıqca evdən çıxmamaları, bayram ziyarətlərinə getməmələri tövsiyə edilir.

Qeyd edək ki, Baş Nazir Əli Əsədovun qərarı ilə Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. Qərara əsasən, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Bu Qərarın 1.2-ci bəndində nəzərdə tutulan qeyri-iş günləri üçün işçilərin əməkhaqları saxlanılır, xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi ilə əlaqədar 2020-ci ilin istehsalat təqvimi və iş vaxtı norması dəyişdirilmir. Qeyd edək ki, 24 - 25 may – Ramazan bayramı, 28 May isə Respublika Günüdür. 24 may tarixi həftənin bazar gününə təsadüf edir. Bu səbəbdən həm beşgünlük, həm də altıgünlük iş həftəsində çalışanlar üçün 26 may tarixi də qeyri-iş günü hesab olunur.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər