Sizin Reklam Burada

“Prokuror 40 min dollar rüşvət istəmişdi” – Məşhur vəkildən açıqlama

“Prokuror 40 min dollar rüşvət istəmişdi” – Məşhur vəkildən açıqlama “Rüstəm Usubovda Zakir Qaralov da getdi. Mənim vəkillikdən xaric olunmagım üçün mümkün etdikləri pisliyi etdilər”.

“Yeni Sabah” xəbər verir ki, bunu tanınmış vəkil Osman Kazımov deyib. O, bildirib ki, altı ay məhkəmədə onlarla mücadilə edib:

“Həm də məcburi köçkün, ailəmin yeganə qazanc gətirəni kimi. Tural Kərimovu şərləmişdilər. Ölüm işi qoymuşdular üzərinə. Prokuror 40 min dollar rüşvət istəmişdi. Prokurorun səsini yazdırmışdılar mən o işə çıxmazdan əvvəl.

Öldürən başqası idi. Hətta Respublika Agır Cinayətlər Məhkəməsi o işi bir dəfə geri qaytardı. Dedi gedin zibilinizi yola verin.

Hüseyin Talıbovun oğlu saxta materiallar toplamışdı haqqımda. Azər Tagıyev siyasi tələblər edirdi məndən. Dözdüm,döyüşdüm. Məhkəmədə mənə qarşı sürülən ittihamlarını darmadağın etdim. Qalib gəldim. Əyilmədim, sınmadım.

Bu gün heç biri yoxdur. Azər Tagıyev dünyasını dəyişib, Rüstəm Usubov və Zakir Qaralov vəzifələrini itirib. Yüz milyonlarla ölçülən əmlaklarının siyahısı paylaşılır. Tural Kərimov cəza çəkir, qatil azadlıqda.

Mən isə burdayam, yerimdəyəm. Vicdanla, başı dik iş başındayam”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər