Sizin Reklam Burada

"Millətinə, dövlətinə, xalqına, əqidə yoldaşına xəyanət etmək namussuzluq və şərəfsizlik deməkdir"

"Millətinə, dövlətinə, xalqına, əqidə yoldaşına xəyanət etmək namussuzluq və şərəfsizlik deməkdir"“Yaşadığımız mürəkkəb və çətin həyatda doğru yol seçmək hər adamın işi deyildir. Həyatda doğru yol seçməyən insanın başı daima bəlalar çəkər. İnsanın başqalarına qarşı etmiş olduğu haqsızliq heç vaxt unudulmur. Çünki edilən haqsızliq başqasının haqqına, səadətinə, imicinə vurulan zərbədir. Belə işlərlə məşğul olanlar bilməlidirlər ki, bunun cavabını almış olacaqlar”.

Avrasiya.net-in xəbərinə görə, bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.

O qeyd edib ki, millətinə, dövlətinə, xalqına, əqidə yoldaşına xəyanət etmək namussuzluq və şərəfsizlik deməkdir:

“Öz namus və şərəfini pula, mala satanların son aqibəti nəinki, cəmiyyət içərisində, hətta ailələri yanında belə dəyərsiz, qiymətsiz olur. Bir insan hiss etsə ki, sadəcə bir canlı kimi mövcuddur, lakin onun cəmiyyət içərisində heç bir dəyəri, qiyməti yoxdur, bu həmin şəxs üçün ölümdən betər olmalıdır. İnsanın mənfi və müsbət qiyməti onun əməllərinin cəmiyyətin əxlaq normalarına uyğun gəlməsi və faydası ilə ölçülür. Bu gün cəmiyyətimizdə baş verən neqativ hallarda cəmiyyətimizin laqeyidlik və məsuliyyətsizliyinin də payı var. Laqeydlik və məsuliyyətsizlik həyatımızın ən böyük bəlalarından biridir. Bunun böyük ictimai bəlaya çevrilməməsi üçün hər bir vətəndaşdan belə səhv edənlərə qarşı ciddi mübarizə aparması tələb olunur. Hər bir kəs unutmamalıdır ki, səhv edəni təmizə çıxarmağa çalışmaq, doğrunu ləkələmək deməkdir”.

Komitə sədrinin sözlərinə görə, haqqı güdaza vermək oğruya yol açmaq deməkdir:

“Hər kim olur olsun, dövlətin,millətin, xalqın mənafeyinə zidd hərəkət etməməlidir, edəcəksə onu xalqın nifrəti və dövlətin cəzası gözləyir. Gəlin prezidentimiz cənab İlham Əliyevin cəmiyyətimizi daha da saflaşdırmaq üçün apardığı siyasətə hamılıqla dəstək olaq! -Ömür şirindir, lakin namus və şərəflə yaşanan ömür daha şirindir”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər