Sizin Reklam Burada

"Prezidentin sözləri kəlbəcərlilərə həm təsəlli, həm də ümid oldu” – Deputat Aqil Məmmədov

"Prezidentin sözləri kəlbəcərlilərə həm təsəlli, həm də ümid oldu” – Deputat Aqil MəmmədovAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər rayonu icra hakimiyyətinin yeni başçısını video formatda qəbul edərkən Kəlbəcər haqqında fikirlərini bölüşüb. Kəlbəcəri Azərbaycanın ən gözəl diyarlarından biri kimi qiymətləndirən Prezident, işğal altında olan rayonumuzu Azərbaycan xalqının milli sərvəti adlandırıb.

Kəlbəcər rayonunu Milli Məclisdə təmsil edən deputat Aqil Məmmədov Turkustan.info-ya açıqlamasında Prezidentin Kəlbəcər haqqında fikirlərinin çox təsirli olduğunu bildirib.

Millət vəkili deyib ki, Prezident İlham Əliyevin Kəlbəcərdə heç zaman olmadığı halda onun təbiətini, insanlarını dəqiqliklə və ürək yanğısı ilə təsvir etməsi kəlbəcərlilər tərəfindən böyük rəğbət və ümud hissi ilə qarşılanıb: “Cənab Prezident çıxışında Kəlbəcərin füsunkar təbiəti, gözəl meşələrini, dağlarını, çaylarını, tarixi abidələrini bu səviyyədə təsvir etməsi mənə ümummilli lider Heydər Əliyevin Kəlbəcər və kəlbəcərlilər haqqında 1995-ci ildə söylədiyi fikirləri xatırlatdı. Ulu öndər deyirdi ki, “Kəlbəcər rayonu Azərbaycanın gözəl guşələrindən biridir. Onun çox zəngin təbiəti, tarixi abidələri vardır. Kəlbəcər Azərbaycanın qədim dövrlərdən ibarət öz tarixini qəlbində, sinəsində, qoynunda saxlayan ərazilərindən biridir. Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqliminin gözəlliyinə görə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur”. Bu gün eyni fikirləri Prezident İlham Əliyevdən eşitmək kəlbəcərlilər üçün həm təsəllidir, həm də gələcəyə – Kəlbəcərə yenidən dönməyə ümid yaradır”.

A.Məmmədovun sözlərinə görə Prezident son çıxışında işğal olunmuş torpaqlarımıza, o cümlədən, Kəlbəcərə qayıdışla bağlı açıq mesajlar verib: “Cənab Prezident bilirdi ki, ölkəmizin artan iqtisadi potensialı, hərbi gücü, dünyadakı nüfuzu ərazi bütövlüyümüzün təmin edilməsinə xidmət edən amillərdir. Eyni zamanda, hər bir Azərbaycan vətəndaşı öz işi ilə bu günü yaxınlaşdırmalıdır. Deyə bilərəm ki, kəlbəcərlilər hər zaman bu siyasətin yanındadır və torpaqlarımızın işğaldan azad olunması üçün dövlətin, Ali Baş Komandanın qərarlarını gözləyirlər”.

Добавить комментарий

Оставить комментарий

    • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
      heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
      winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
      worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
      expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
      disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
      joyastonishedscreamtired_faceangryragetriumph
      sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
      neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə

Xəbər lenti


Son xəbərlər